İT Test etmə üzrə Mühəndis

İT Test etmə üzrə Mühəndis

Azerconnect LLC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    İT mütəxəssisi / məsləhətçi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    16 avqust 2021

  • Bitmə tarixi

    15 sentyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. İT Texniki Mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

İT Test etmə üzrə Mühəndis

Şirkət : Azerconnect
Funksiya : İnformasiya Texnologiyaları
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 31 Avqust 2021
Müqavilə müddəti : Daimi

Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir.

Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.

IT Test etmə üzrə Mühəndis yeni və mövcud tətbiqetmələrin, xidmətlərin və cihazların keyfiyyətinə nəzarət etmək və yoxlanılması üçün praktiki test üsullarını tətbiq edərək yeni test ssenarilərinin yaradılmasından məsuliyyət daşıyır. Proqram testinin avtomatlaşdırılması və proqramlaşdırma dilləri (Python, Dart, Flutter, Spark, JavaScript, Html, Css) üzrə bacarığı olan namizədlərə üstünlük veriləcəkdir.

İT Test etmə üzrə Mühəndisi olaraq sizin vəzifə öhdəlikləriniz:

*Bütün yeni və mövcud tətbiqi proqramların, xidmətlərin və cihazların keyfiyyətinə nəzarət etmək və yoxlamaq;
*Yeni və mövcud xidmət və proqramlar üçün ATP və UAT hazırlamaq və tətbiq etmək;
*Məhsul tələblərini təhlil etmək, test və istehsal mühitlərində tam dövrlü test ssenarilərini və test-keysləri hazırlamaq və həyata keçirmək;
*Test nəticələrini və məhsulun statusunu göstərən test hesabatları hazırlamaq.

Namizədə tələblər:

*Ali təhsil (İnformasiya Texnologiyları üzrə təhsil üstünlük hesab olunur);
*Müvafiq sahə üzrə ən azı 1 illik iş təcrübəsi (telekommunikasiya sahəsində təcrübə üstünlük hesab olunur);
*Keyfiyyəti idarəetmə metodologiyalarını bilmək;
*Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək;
*Başlan səviyyəsində SQL biliyi;
*HTML;
*UNIX/Linux biliyi;
*PL/SQL üzrə proqramlaşdırma biliyi;
*Müştəri Xidməti və Billiq tətbiqi proqramları üzrə təməl biliklər arzuolunandır;
*SQL üzrə təməl biliklər;
*Azərbaycan (Səlis), İngilis(orta) dillərini bilmək.

Müraciət etmək üçün:

Müraciət etmək üçün bu linkə keçid alın.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox