Bakı
İT mütəxəssisi / məsləhətçi
1000 - 1500 AZN
Tam-ştat
Ali
04 fevral 2021
06 mart 2021
VƏZİFƏ FUNKSİYALARI:
- Son istifadəçi kompüterlərində əməliyyat sistemlərini qurmaq;
- İstiafdəçi kompüterlərində quraşdırılmış standart və ya əlavə avadanlıqlar üçün drayverlərin yüklənməsini və onların vaxtaşırı yenilənməsini təmin etmək;
- İstifadəçi kompüterlərində antivirus proqramlarını quraşdırmaq və onların avtomatik yenilənməsini təmin etmək;
- İstifadəçi kompüterlərinin müvafiq olaraq lokal və ya internet şəbəkəsinə qoşulmasını təmin etmək;
- Çap qurğularını quraşdırmaq və onlara texniki qulluğu təmin etmək;
- İstifadəçi kompüterlərinin administrativ idarə olunması məqsədi ilə domen sisteminə qoşulmasında iştirak etmək;
- İnformasiya-kommunikasiya təminatı üzrə avadanlıq və proqram ehtiyaclarını müəyyənləşdirmək və rəhbərliyə məruzə etmək;
- Qanunvericiliyə əsasən vəzifə üzrə digər funksiyaların həyata keçirilmək.
- Təhsil tələbi: Ali təhsil (İnformasiya texnologiyaları, fizika və riyaziyyat);
- İş stajı: Müvafiq sahə üzrə ən azı 1 il təcrübə
- Dil bilikləri: dövlət dili (sərbəst), rus dili (arzuolunandır), ingilis dili (arzuolunandır);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə), şəbəkə bilikləri, əməliyyat sistemləri (yüksək səviyyədə);
- Məsuliyyətlilik;
- Etibarlılıq, dürüstlük;
- İnkişaf yönümlü və innovativlik;
- Operativlik, çeviklik;
- Təşəbbüskarlıq;
- Nəticəyə hədəfli;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə İT mütəxəssis yazaraq hr.dma@sosial.gov.az ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyaya müraciət etmək üçün son tarix: 05.03.2021
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.