Java Developer

  • Şəhər

    Bakı

  • Kateqoriya

    Proqramlaşdırma

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    17 aprel 2024

  • Bitmə tarixi

    27 may 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Java Developer vakansiyaları üçün bura keçid edin!

“DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların informasiya-kommunikasiya məsələlərinin vahid şəkildə idarə edilməsi, Nazirliyin informasiya texnologiyaları siyasətinin müəyyənləşdirilməsi, dövlət və qeyri-dövlət qurumlarının informasiya bazaları ilə qarşılıqlı inteqrasiyanın, habelə elektron xidmətlərin təşkili və dayanıqlılığının təmin olunması, informasiya sistemlərinə peşəkar dəstəyin göstərilməsi və inkişaf etdirilməsi, informasiya sistemlərinin səmərəli və təhlükəsiz işinin təmin edilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətlərində fəaliyyət göstərir.

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində çalışmağın üstünlükləri:

  • informasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
  • karyera irəliləyişlərində yaradılan imkanlar;
  • Mərkəzdaxili aktiv sosial həyat.

VƏZİFƏ: Java Developer

VƏZİFƏ FUNKSİYALARI:

  • texniki sənədin tələblərinə uyğun proqram təminatlarının işlənib hazırlanmasında iştirak etmək;
  • yeni məhsulların yaradılmasında və onların tətbiqi metodlarının seçilməsində iştirak etmək;
  • mövcud layihələrə əlavə və dəyişikliklərin edilməsi, texniki dəstək göstərilməsi (mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək) işində iştirak etmək;
  • proqram təminatının geniş miqyasda istifadəsi və daha sürətli işləməsi üçün kodun optimallaşdırılması işlərini görmək;
  • yeni layihələrdə yazılacaq modulların arxitekturasının təyin olunmasında iştirak etmək;
  • hazırlanmış tapşırıqların ilkin sınaqlarını aparmaq və işləri keyfiyyətli təhvil vermək;
  • istifadədə olan proqram təminatlarına texniki dəstək göstərilməsi işində iştirak etmək;
  • Şöbəyə daxil olan məktub, sorğu və müraciətlərə nəzərdə tutulmuş qaydada baxılmasını və zəruri tədbirlərin görülməsini təmin etmək;
  • struktur bölmənin fəaliyyəti üzrə tapşırılan digər vəzifələri yerinə yetirmək.

VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:

  • Java proqramlaşdırma dili və Spring Framework (Web, Data JPA) üzrə ən azı 2 il iş təcrübəsi;
  • OOP, SOLID, Basic Design Patterns üzrə təcrübə;
  • SQL verilənlər bazası üzrə təcrübə;
  • Redis, ActiveMQ barədə məlumatlı olmaq;
  • REST arxitekturasi üzrə təcrübə;
  • Versiya kontrol sistemləri üzrə təcrübə (Git, Github, Bitbucket və s.);
  • CI/CD proseslərinin qurulması üzrə baza bilikləri;
  • Linux baza bilikləri;
  • Ümumi alqoritm qurma bacarığı;

VƏZİFƏYƏ DAİR TƏLƏB EDİLƏN ŞƏXSİ KEYFİYYƏTLƏR VƏ BACARIQLAR:

  • məsuliyyətlilik;
  • etibarlılıq və dürüstlük;
  • inkişafa yönümlü və innovativlik;
  • operativlik və çeviklik;
  • təşəbbüskarlıq və təşkilatçılıq;
  • nəticəyə hədəfli;
  • komanda işi.

Elan #853252

  • 16431

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox