Kart analitikası üzrə aparıcı mütəxəssis

Kart analitikası üzrə aparıcı mütəxəssis

Kapital Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    04 yanvar 2024

  • Bitmə tarixi

    13 fevral 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Kartlar üzrə Mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Öhdəliklər

  • Kart biznesinin emissiya və ekvayrinq tərəfləri üzrə gəlir və xərc analizlərinin edilməsi;
  • Nəzarəti və optimizasiya edilməsi üçün təkliflərin verilməsi;
  • Aidiyyəti məhsullar üzrə gəlir və xərc analizlərinin edilməsi, optimizasiya üçün təkliflərin verilməsi və aidiyyəti strukturlara icrası üçün ötürülməsi;
  • Ödənişlər sahəsində baş verən yeniliklərin izlənilməsi və yeni biznes imkanlarının müəyyən edilməsi; - Mütəmadi bazar araşdırmalarının aparılması;
  • Mastercard və VISA (və ya oxşar digər 3-cü tərəflər) ilə bağlanacaq biznes razılıqlarının analitikası və razılıqlar əsasında qəbul olunan qərarların icrası və ya icrasının təmin edilməsi və nəzarət;
  • Mastercard və VISA ödəniş sistemlərinə təqdim olunan rüblük hesabatları hazırlanaraq təqdim edilməsi;
  • Beynəlxalq ödəniş sistemləri tərəfindən istənilən birdəfəlik və periodik digər analitika və ya hesabatların hazırlanaraq təqdim edilməsi;
  • Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, Paşa Holding və bankın daxili strukturları tərəfindən istənilən analitika və hesabatların hazırlanaraq təqdim edilməsi;
  • Ödəniş sistemləri ilə hesablaşma zamanı invoysların ödənişinə və ya daxil olan pul vəsaitlərinin qəbulu prosesinə dəstək;
  • Ödəniş sistemlərinə ödənilən invoysların təhlil edilərək nəzarətdə saxlanılması və optimizasiyası üçün təkliflərin verilməsi və icrası və ya icrasına dəstək;
  • Proses sahibi, Ekspert Mərkəzinin lideri və Ofis lideri tərəfindən daxil olan analitika və hesabatlılıq ilə əlaqədar digər işlərin icra edilməsi;
  • Mütəmadi istifadə olunan hesabatların Tableau və s. oxşar alətlərlə işlənilməsi. 

Tələblər

  • Ali təhsil (iqtisadiyyat, maliyyə və ya analitika);
  • Analitik düşüncə və data ilə işləmək;
  • Excel, Oracle SQL və Vizualisayia alətləri;
  • Azərbaycan və İngilis dili (Rus dili əlavə üstünlükdür);
  • Agile mühitdə işləmək bacarıqları və nəzəri biliklər;
  • Yüksək kommunikasiya bacarıqları;
  • Təşəbbüskarlıq və proaktlivlik;
  • Komanda və insanlar ilə işləmək bacarıqları;
  • Məsuliyyət və detallara qarşı diqqət;
  • Ödənişlər və ya kart biznesi sahələrində təcrübə üstünlükdür. 

Kapital Bank-da iş mühiti ilə daha yaxından tanış olmaq üçün keçid edin -https://bit.ly/3JfQX9T

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox