Kart Məhsul Sahibi

Kart Məhsul Sahibi

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    02 aprel 2022

  • Bitmə tarixi

    02 may 2022

Diqqət!

Bu elanın vaxtı bitib. Məhsul Sahibi (PO) vakansiyaları üçün bura keçid edin!

  • Müvafiq analitik vasitələrdən istifadə edərək kart məshulları portfelinin idarəedilməsi;
  • “Private Banking” müştəriləri üçün yeni məhsullar yaratmaqla bankın böyüməsinə dəstək;
  • Məhsulun inkişafı üçün kart məhsulu dəyərinin artırılması;
  • Kart məhsulları portfeli ilə bağlı marketinq şöbəsinə müvafiq məlumatların ötürülməsi;
  • Bazar tendensiyaları monitorinqinin aparılması;
  • Ödəniş kartları üzrə yerli və xaric bazarda korporativ əlaqələrin qurulmasında iştirak;
  • Ticarət planının icrasına kömək edəcək digər cavadeh tərəflərlə birlikdə “Private Banking” məhsullarının yaradılması;
  • Əsas tərəfdaşlar və məhsul sponsorları ilə əlaqənin qurulması;
  • Məhsul üçün istifadəçi hekayələrinin toplanılması və təhlili;
  • Məhsul üçün qəbul meyarlarının və müştəri&məhsul yol xəritəsinin yaradılması;
  • Məhsul yaradılması ilə əlaqədar məsuliyyət və yüksək müştəri məmnuniyyətinin təmin edilməsi;
  • Müştərilərə təqdim olunan “Private Banking” kart məhsullarının yüksək keyfiyyətinin təmin edilməsi;
  • Orta və arxa ofis, çağrı mərkəzi və filiallar vasitəsilə “Private Banking” məhsullarının düzgün işləməsinin təmin edilməsi;
  • Kart üzrə məhsul və xidmətlər üçün qiymət, tarif və ödəniş təkliflərinin hazırlanması;
  • Satış göstəricilərinin izlənilməsi və satış hədəflərinə çatmaq üçün lazımi tədbirlərin görülməsi;
  • Kart məhsulları prosesi haqqında fikirlərin verilməsi, proseslərin izlənilməsi və vaxtında yenilənməsi;
  • Digər şöbələr və maraqlı tərəflərlə əməkdaşlıq prosesinin qurulması və təmin edilməsi;
  • Tələb olunduğu halda, xarici təşkilatlar və digər tərəfdaş təşkilatlarla əlaqələrin inkişafı;
  • Mövcud kart məhsul portfelinə yenidən baxılması və kart məhsul portfelini yeniləmək üçün sektorda trendlərin öyrənilməsi;
  • Məlumatların məxfiliyini qorumaq və təmin etmək üçün bütün lazımi tədbirlərin görülməsi;
  • Şöbə fəaliyyətinin şirkətdə mövcud olan daxili prosedur, məxfilik siyasəti və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi;
  • Bankın daxili qayda, proses, siyasət, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar təlimatlarına ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət.

Namizədə tələblər:

TƏHSİL

Maliyyə və İqtisadiyyat üzrə ali təhsil

İŞ TƏCRÜBƏSİ

1-3 il

XARİCİ DİL

İngilis, Rus

KOMPÜTER BİLİKLƏRİ

Microsoft Office, Excel

SERTİFİKATLAR

PSPO 1

Məhsul üzrə biliklər

Bank məhsulları, “Private Banking”, Maliyyə

Bazar üzrə biliklər

Bank qanunvericiliyi, bazar tendensiyaları 


Müraciət üçün: https://careers.pashabank.az/az/vakansiyalar/43

Elan #844625

  • 1366

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox