Diqqət! Bu elanın vaxtı bitib. Kassir vakansiyaları üçün bura daxil olun.
Elan № 6010
Kassir vakansiyaları
Kassir vakansiyaları
12 İyul 2021
Elan tarixi
11 Avqust 2021
Bitmə tarixi
3366
Baxılıb
İş məlumatları
Sumqayıt
Şəhər
Kassir
Vəzifə
1 ildən 3 ilə qədər
İş stajı
Tam-ştat
İş rejimi
Maliyyə
Sahə
Bank xidməti
Kateqoriya
İş barədə məlumat
“Bank Respublika” ASC “Sumqayıt” filialına “Kassir” vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
• Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
• Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
• Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
• Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
• Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 iyul 2021-ci il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Sumqayıt filialı – Kassir şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
NamİZƏDƏ TƏLƏBLƏR
• Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
• İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il;
• Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
• Yüksək ünsiyyət bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
OXŞar vakansİYALAR
Bankdan kənar tutulmalar qrupunun kiçik mütəxəssisi
VTB Bank
Nağdsız Ödənişlər və Hesablaşmalar İdarəsinin Klirinq və hesablaşmalar şöbəsi üzrə mütəxəssis
Xalq Bank
Korporativ Bankçılıq Departamentində təcrübə proqramı
ATB Bank
Mikro və Aqro müştərilər üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis (Ağcabədi filialı)
AccessBank
Bakı - Abşeron filialları üzrə könüllü
Unibank ASC
(Zabrat filialı) Mikro biznes müştəriləri üzrə Təcrübəçi / Kiçik mütəxəssis
Yelo Bank
Gəncə filialında satış məsləhətçisi/ aparıcı satış məsləhətçisi
ATB Bank
Gəncə filialında təcrübə proqramı
ATB Bank
Şəmkir filialı üzrə Universal işçi
Rabitabank OJSC
İnzibati işlər üzrə köməkçi
Yelo Bank
Lənkəran filialı üzrə pərakəndə xidmətlər və istehlak kreditləri üzrə kiçik mütəxəssis / mütəxəssis
Unibank ASC
İstehlak kreditlər üzrə kiçik mütəxəssis/mütəxəssis (Salyan filialı)
Unibank ASC
Ümumi işlər üzrə mütəxəssis
Unibank ASC
Mikrokreditlər bölməsinin kiçik mütəxəssisi/mütəxəssisi / Xaçmaz filialı
Kapital Bank
Kiçik əməliyyatçı-kassir / Ağdaş filialı
Kapital Bank
Xidmət keyfiyyətinin idarə edilməsi departamentinin Xidmət strukturları ilə iş şöbəsinin kiçik mütəxəssisi
Kapital Bank
Elan № 6010
Kassir vakansiyaları
Kassir vakansiyaları
12 İyul 2021
Elan tarixi
11 Avqust 2021
Bitmə tarixi
3366
Baxılıb