Elan № 22716
03 Fevral
Elan tarixi
10 Mart
Bitmə tarixi
1950
Baxılıb
İş məlumatları
Bakı
Şəhər
Kateqoriya meneceri
Vəzifə
1 ildən 3 ilə qədər
İş stajı
700 - 1200 AZN
Əmək haqqı AZN
Tam-ştat
İş rejimi
Marketinq
Sahə
Marketinq menecment
Kateqoriya
İş barədə məlumat
Əsas vəzifə və öhdəliklər:
- Müvafiq kateqoriya üzrə qiymətlərin formalaşdırılması və bazarda qiymətlərin davamlı təhlilini aparmaq;
- Kateqoriya üzrə satış və mənfəətlilik, eləcə də digər səmərəlilik hədəflərinə nail olmaq məqsədi ilə məhsul portfelini formalaşdırmaq və idarə etmək;
- Qiymət və brend seqmentlərində analizləri aparmaq;
- Bazar araşdırılmasının təmin edilməsini daim nəzarətdə saxlamaq;
- Təchizat və satış planlarının hazırlanmasında iştirak etmək;
- Kateqoriyanın daimi alternativ çeşidlərlə təmin edilməsi üçün müvafiq araşdırılmalar aparmaq;
- Kateqoriya üzrə marketinq aktivliklərinin və kampaniyaların hazırlanmasında iştirak etmək;
- Müəyyən edilmiş məhsul portfelinə əsasən araşdırmalar aparmaq;
- Kateqoriya çərçivəsində məhsul və markaların vizual merçendayzinq tələblərini müəyyən etmək və təqdim etmək;
- Dövri hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.
Tələblər:
- Ali təhsil (marketinq, biznes, iqtisadiyyat, maliyyə sahələri üstünlükdür);
- Satınalma, kateqoriya sahəsində azı 3 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, rus dili və ingilis dili biliyi arzu olunandır.
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Bazar təhlilini aparmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Problemləri həll etmək bacarığı.
İş şərtləri:
- İş yeri: Səbail rayonu, Badamdar qəsəbəsi.
- İş saatı: 09:00-dan - 18:00-dək.
- Həftədə 5 iş günü.
- İşə qəbul Azərbaycan Respublikası Əmək Məcəlləsi qanunvericiliyinə uyğun olaraq aparılır.
- Əmək haqqı: 700-1200 azn, müsahibə əsasında təyin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kateqoriya üzrə mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
OXŞar vakansİYALAR
Telemarketinq üzrə mütəxəssis
Otogallery MMC

Tibb nümayəndəsi
Atico Pharma
Marketoloq
Caspident

Məhsul üzrə menecer
Kontakt Home
Head Brand Manager / White Beach
Restaurants by Emin Agalarov
Head of Brand Manager
Restaurants by Emin Agalarov

Məhsullar üzrə marketinq eksperti
Yelo Bank

Rəqəmsal (Digital) Marketinq mütəxəssisi
Adroit agency
SMM (Tədris Mərkəzi)
Harvard Education

Sosial Media Marketinq mütəxəssisi
Saxara - Beauty Salon

Sosial Media Marketinq mütəxəssisi (xanım)
Senser lingerire
Sosial Media Marketinq (SMM) mütəxəssisi
Robotzadə Azərbaycan
Rəqəmsal marketinq mütəxəssisi /aparıcı mütəxəssisi /baş mütəxəssisi (websayt kontentinin idarə edilməsi üzrə)
ABB

Kopirayter
Kontakt Home
Tender üzrə mütəxəssis
Picartery
SMM və Satış mütəxəssisi
Ram Solutions
Elan № 22716
03 Fevral
Elan tarixi
10 Mart
Bitmə tarixi
1950
Baxılıb
Elanın irəli çəkilməsi
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.