Vəzifə öhdəlikləri:
- Hər ay bir növbəti ay və ya aylar üçün satış planını hazırlayıb təqdim etmək;
- Məhsul siyasətini müəyyənləşdirmək, məhsul portfelindəki cari məhsul markalarının inkişaf strategiyasını müəyyənləşdirmək;
- Ay ərzində satınalma müddəti keçmiş, qüsurlu malları müəyyənləşdirmək;
- Rəqiblər üzrə aylıq/rüblük qiymət araşdırması həyata keçirmək;
- Məhsulların topdan və pərakəndə satış qiymətlərini təyin etmək, marjinallığını müəyyən etmək və Departament rəhbəri ilə razılaşdırmaq;
- Marketinq aksiyaları üzrə qiymətləri müəyyən etmək və Departament rəhbəri ilə razılaşdırmaq;
- Bazarda yeni tələbat yaradacaq məhsullar üzrə araşdırma aparmaq;
- Vendorlarla işgüzar danışıqlar aparmaq, eksklüziv şərtlər, kredit müddətini razılaşdırmaq;
- Mövcud tədarükçülərlə ticari münasibətləri inkişaf etdirmək, davamlı olaraq yeni tədarükçülər araşdırmaq, dəyərləndirmək və tədarükçü təklifləri barədə Departament rəhbərinə məlumat vermək;
Xüsusi tələblər:
- Müvafiq sahə üzrə 3 ilədək iş təcrübəsi;
- Azərbaycan dilini əla səviyyədə bilmək (rus və ingilis dili biliyi üstünlükdür);
- Operativlik və gərgin iş rejimində işləmək bacarığı;
- MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə bacarığı;
- Analitik düşüncə və təhlil bacarığı;
- Şifahi və yazılı formada yüksək ünsiyyət bacarığı;
- Problemləri effektiv şəkildə həll etmək;
- Məsuliyyətlilik, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Kateqoriya müdiri” qeyd etməklə elektron ünvanına HR@ARZUMBEAUTY.COM göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.