Şirkət: “Private Facility Management” MMC
Vəzifə: Keyfiyyət üzrə mütəxəssis (Qida sahəsi)
Vəzifə və Öhdəliklər:
- Xidmətin bütün mərhələlərində texniki şərtlərin, işçi təlimatların, texnoloji sənədlərin tələblərinə uyğun olaraq məhsulun keyfiyyətinə nəzarəti təmin etmək.
- İş sahələrini yoxlamaq, müşahidə aparmaq, uyğunsuzluqları rəhbərliyə bildirmək və aradan qaldırılmasını təmin etmək.
- Sənədlərin nəzarətli nüsxələrini hazırlamaq, izləmək və zəruri olduğu halda geri yığılmasını həyata keçirmək.
- Daxil olan məhsulların qəbulunda iştirak etmək, anbarda yerləşdirilən məhsulların mal qonşuluğu prinsipinə uyğun olmasını təmin etmək və uyğunsuzluq aşkarlanarsa, əlaqədar şəxsləri məlumatlandırmaq.
- Mal qəbulu və istifadə qaydaları ilə bağlı iş axış sxemlərinin hazırlanması üçün sahədə işi izləmək və müvafiq strukturlara dəstək vermək.
- Məhsulun keyfiyyətinin pisləşməsi və qüsurların yaranma səbəblərini öyrənmək, onların aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirmək.
Tələblər:
- Ali təhsil
- Yaş: 24-35 yaş
- Sahə üzrə minimum 1-3 il iş təcrübəsi
- İdarəçilik, məsuliyyətlilik, punktuallıq və çalışqanlıq
- Güclü ünsiyyət və danışıq bacarığı
- Komandada işləmək bacarığı
- Kompüter bilikləri
Digər Məlumatlar:
- Şirkət ünvanı: Badamdar qəsəbəsi (əsas iş ünvanı Sumqayıt şəhəri yaxınlığı)
- Əmək haqqı: 800-900 AZN (bilik və təcrübəyə əsasən müəyyən olunur)
- İş qrafiki: Həftənin 5 günü
- İş saatları: 09:00-18:00
- İstirahət günləri: Şənbə/bazar
- Nahar: Şirkət tərəfindən təmin olunur