Bakı
Digər
Razılaşma ilə
Tam-ştat
02 noyabr 2023
02 dekabr 2023
“Azər-Türk Bank” ASC İnformasiya Texnologiyaları Departamentinin İnformasiya sistemlərinin idarə olunması şöbəsində kiçik şəbəkə inzibatçısı (junior network administrator) vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
• Bankın Baş ofis və filiallarında informasiya mübadiləsinin təşkili və optimalaşdırılması;
• Lokal və qlobal şəbəkənin fasiləsiz işləməsinin təmin edilməsi və yaranan problemlərin aradan qaldırılmasını həyata keçirmək;
• Lokal və qlobal şəbəkənin daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq;
• Şəbəkə, həmçinin şəbəkələr arası qarşılıqlı əlaqənin təhlükəsizliyi üçün tədbirlər görmək;
• Şəbəkə resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq.
Namizədə tələblər:
• Ali təhsil;
• Bank sahəsində minimum 1 il iş təcrübəsi;
• Azərbaycan dili səlis, ingilis dili biliyi yaxşı səviyyədə olmalı;
• CCNA səviyyəsində biliklərə malik olmaq (sertifikatların olması arzuolunandır);
• Cisco və digər istehsalçıların şəbəkə avadanlıqları ilə iş təcrübəsi;
• Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığı;
• Qısa müddət ərzində problemi aşkarlamaq və aradan qaldırmaq qabiliyyəti.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.