Kapital Bank öyrənməyə açıq, təşəbbüskar, yenilikçi, motivasiyalı və həvəsli gənclər üçün yaratdığı Bizdən Biri Təcrübə proqramına start verdi!
Proqram Sizə Nələr Qazandıracaq
- Bank sahəsində peşəkarlarla ünsiyyətdə olmaq və onlardan öyrənmək;
- Ölkənin Birinci bankında maliyyə, təhlil, satış üzrə biliklərə yiyələnmək;
- Fürsət və yeniliklər dolu bir mühitdə işləmək imkanı;
- Təcrübə sonrası bankda rəsmi işə başlama imkanı.
Proqrama Kimlər Müraciət Edə Bilər
- Maliyyə/münasibat uçotu/iqtisadiyyat ixtisaslarının məzunları, daha öncə satış üzrə təcrübələrdə iştirak edənlər, başlanğıc və bir üst biliklərə sahib olanlar;
- Motivasiyası yüksək olanlar, yeniliklərə açıq və dinamikanı sevənlər.
Öhdəliklər
- SME kateqoriyaya aid olan yeni müştərilər cəlb etmək;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
- Bu kateqoriyaya aid müştərilərdən sifarişləri qəbul etmək, sifarişi təhlil edərək müvafiq Kredit Komitəsinə təqdim etmək üçün məlumatları Kredit Anderraytinqi Departamentinə ötürmək;
- Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək və mövcud müştərilərin tariflərini yenidən nəzərdən keçirmək;
- Görülmüş işlər üzrə hesabatlar vermək.
Tələblər
- Ali təhsil;
- Təqdimetmə bacarığı;
- Ünsiyyət bacarığı;
- Sərbəst danışıq qabiliyyəti;
- Məntiqi düşüncə;
- Azərbaycan dilində səlis oxumaq və yazmaq bacarığı;
- Korporativ dəyərlərə uyğun olmaq.
Kapital Bank-da iş mühiti ilə daha yaxından tanış olmaq üçün keçid edin - https://urlgeni.us/linkedin/mblbnnr