Kimyaçı Mühəndis

Kimyaçı Mühəndis

Avrora MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Mühəndis

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    25 oktyabr 2020

  • Bitmə tarixi

    24 noyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Kimyaçı vakansiyaları üçün bura keçid edin!

Elan : “Kimyaçı Mühəndis”

İşin qısa təsviri :

İstehsal olunan məhsullar üzrə xammal, yarımfabrikat və hazır məhsulların mövcud standart və texniki şərtlərə müvafiqliyini təyin etmək üçün laboratoriya analizlərinin aparılması (nəmlik, turşuluq, qələvilik, su aktivliyi və digər tələb olunan analizlər) və uyğunluğun müəyyənləşdirilməsi.

Sizin əsas vəzifə öhdəlikləriniz :

• İstehsal olunan məhsulun fiziki -kimyəvi analizləri və orqonoleptik göstəricilərinə nəzarət edilməsi;
• Hər gün istehsal olunan məhsulların qeydiyyatının aparılması;
• Testlərin icrası zamanı müşahidələrin və nəticələrin müəyyən edilmiş qayda ilə qeyd edilməsi;
• Testlərin icrası zamanı keyfiyyət proseduralarına riayət edilməsi, bu zaman yaranan qeydlərin qayda ilə tam dolğun şəkildə aparılması;
• Aparılan analizlər üzrə lazımi hesabatların hazırlanması, problem olduğu təqdirdə dərhal aidiyyəti şəxslərə məlumatın verilməsi.

Bizim iş şərtləri :

• İş qrafiki : Növbəli;
• İş yeri : Hökməli qəs;
• Nahar şirkət tərəfindən təmin olunur.

Biz nə təklif edirik :

• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühit;
• Sağlamlıq və həyat sığortası.


Namizədə tələblər:

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

• Laborator avadanlıqları ilə işləməyi bacarığı;
• Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti olmalı.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

• Təhsil : Ali təhsil (Kimya, Biologiya və Mikrobiologiya sahələri üzrə);
• İş təcrübəsi: Kimyaçı - laborant və ya Laborant- mikrobioloq olaraq minimum 1 il iş təcrübəsi;
• Dil bilikləri : İngilis və Rus dilləri (orta səviyyədə);
• Kompüter bilikləri : MS Office proqramları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Kimyaçı Mühəndis” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Elan #840384

  • 2895

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox