Komplayens Departamentinin Komplayens nəzarət şöbəsinin baş mütəxəssisi (baş hüquqşünası)

Komplayens Departamentinin Komplayens nəzarət şöbəsinin baş mütəxəssisi (baş hüquqşünası)

PASHA Insurance
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Sığorta

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    08 mart 2025

  • Bitmə tarixi

    12 aprel 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Komplayens üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

 

Vəzifə və öhdəliklər

  • Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək, komplayens indiqatorları üzrə şirkətin mövqeyini qiymətləndirmək;
  • Komplayens risklərinin matrisinin formalaşdırılması prosesini idarə etmək, proseslər zəncirində risk indiqatorlarını düzgün tətbiq etməklə, risk qiymətləndirilməsini aparılmasını, açıq risklər üzrə nəzarət tədbirlərinin formalaşdırılmasını təmin etmək;
  • İllik monitorinq planı əsasında Şirkətin bütün prosesləri üzrə komplayens monitorinqlərin (yoxlamalar) həyata keçirilməsi prosesini idarə etmək, nəticə ilə bağlı departament rəhbərinə hesabat və tövsiyə sənədi təqdim etmək;
  • Monitorinqlər zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə müvafiq struktur bölmələr tərəfindən təqdim edilmiş tədbirlər planının razılaşdırılmış son icra tarixi çərçivəsində icra edilməsi prosesinə nəzarət etmək;
  • Qanunvericilik pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması ilə əlaqədar görülməli olan tədbirlərin icrasına nəzarəti həyata keçirmək;
  • Hədəfli maliyyə sanksiyaları haqqında Qanunun tələblərinin şirkət daxilində tənzimlənməsinə nəzarət etmək;
  • Maraq toqquşması halları üzrə risklərin qiymətləndirilməsi və nəzarətin qurulması;
  • Beynəlxalq sığorta bazarında komplayns funksiyasının təkmilləşdirilməsi ilə bağlı “best practice”-in araşdırılması və şirkət üzrə tətbiqini təmin etmək;
  • Şirkətin yeni yaradılmış satış kanalları  və sığorta məhsulları (buraya həmin məhsullarla bağlı ictimaiyyətə açıq material, təqdimat, press-reliz, broşura və s. daxildir) üzrə qanunvericilik tələblərinə riayət edilməsi vəziyyətinin yoxlanılması işini təşkil etmək;
  • Şirkət daxilində və işçilər arasında komplayens mədəniyyətinin formalaşmasını təmin etmək;
  • Know your customer, know your vendor proseslərində nəzarəti həyata keçirmək, mümkün ola biləcək riskləri öncədən qiymətləndirməklə müvafiq tədbirlərin görülməsi üzrə nəzarəti təmin etmək;
  • Komplayens departamentinin rəhbəri tərəfindən verilən digər tapşırıqları icra etmək;
  • Şöbə əməkdaşlarının şəxsi inkişafını, komanda ruhunu təşfiq etməklə rəhbərlik etdiyi komandanın uğurunu təmin etmək.

 

Biliklər

  • Hüquqşünaslıq və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Analiz bacarığı, risk qiymətləndirilməsi bacarığı;
  • Kompüter bilikləri: peşəkar səviyyədə MS Office proqramlarından (xüsusilə Excel) istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili biliyi arzuolunandır.

 

Təcrübə

  • Nəzarət funksiyalarında ( Komplayens ( AML istisna olmaqla ), Korporativ hüquq, Daxili audit, Daxili nəzarət, Risklərin idarə olunması) minimum 1 il baş və ya aparıcı mütəxəssis (hüquqşünas) vəzifəsi üzrə çalışmaqla, həmin sahələrdə ən az 3 il ümumi təcrübə ( müvafiq sahələr üzrə magistr dərəcəsi, sığorta, bank və digər maliyyə institutlarında və Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir).

Bacarıqlar

  • Dürüstlük;
  • Şəffaflıq;
  • Komandada işləmək bacarığı;
  • Vaxtın səmərəli idarə edilməsi bacarığı;
  • Məntiqi və analitik düşüncə;
  • Təşəbbüskarlıq;
  • Şəxsi inkişafa yönümlülük;
  • Məqsədyönlülük;
  • Emosional stabillik və məsuliyyətli olmaq;
  • Yaxşı ünsiyyət bacarığı.

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox