Komplayens üzrə Mütəxəssis

Komplayens üzrə Mütəxəssis

Güvənli MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    1000 - 1500 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    29 dekabr 2023

  • Bitmə tarixi

    07 fevral 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Komplayens üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

“Güvənli” MMC Komplayens üzrə Mütəxəssis vakansiyası elan edir!

  • Şirkətdaxili komplayens proqramının hazırlanması, bu proqram üzrə tədbirlərin həyata keçirilməsi;
  • Şirkətdaxili normativ sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) hazırlanması və aktual saxlanılması prosesinin təmin etmək, ekspertizasını həyata keçirmək və bu sənədləri dövri olaraq nəzərdən keçirməklə cari komplayens tələblərinə uyğunlaşdırmaq, aşkar edilmiş uyğunsuzluqlar və onların aradan qaldırılması ilə bağlı təkliflər vermək;
  • Şirkət daxilində “Maraqların toqquşması” hallarına nəzarət etmək və qeydiyyatını aparmaq;
  • Xüsusi komplayens indikatorlarına nəzarət etmək;
  • Daxili sənədlərin komplayens tələblərinə uyğunluğunu yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar və onların aradan qaldırılması ilə bağlı təkliflər vermək;
  • Komplayenslə əlaqədar şikayətləri araşdırmaq və qiymətləndirmək;
  • Şirkətin biznes proseslərinin , yeni məhsul və xidmətlər üzrə analiz edilməsində və rəy verilməsində iştirak etmək habelə qanunvericiliyə və daxili qaydalara uyğunluğu barədə birbaşa rəhbərinə hesabatlar təqdim etmək;
  • Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, bu barədə birbaşa rəhbərinin məlumatlandırılmasını təmin etmək;
  • İnsidentlərin idarə edilməsi mexanizminin tətbiqini təşkil etmək və dəstək göstərmək;
  • Proseslərin optimallaşdırılması ilə bağlı təkliflər vermək;
  • Birbaşa rəhbər tərəfindən həvalə edilmiş komplayens üzrə digər tapşırıqları yerinə yetirmək.
  • Müxbir münasibətlər, partnyorlarla iş proseslər üzrə yoxlamaların aparılmasında və rəyin verilməsində iştirak etmək;
  • PL/TMM Siyasəti, KYC (Öz müştərini tanı) Prosedurlarının həyata keçirilməsi, Şübhəli Fəaliyyətin araşdırılması və hesabatı və PL/TMM Siyasəti çərçivəsində təlimlər üzrə şirkət daxili əməkdaşlara dəstək və nəzarətin təmin edilməsi
  • Şübhəli Fəaliyyətləri araşdırmaq, müvafiq tədbirləri həyata keçirmək və bu cür Şübhəli Fəaliyyətlər və reaksiyalar barədə direktora və bu qanunla tələb olunan müvafiq quruma(MMX) məlumat vermək;
  • Şikayətlərin İdarə Edilməsi statistikasını aylıq olaraq hazırlamaq və şirkətin direktoruna Mərkəzi Bankın tələblərinə əməl etməsini təmin etmək;

Tələblər:

  • Ali təhsil(Hüquq və İqtisadiyyat üzrə təhsil mütləqdir)
  • Komplayens üzrə sertifikatlara malik olmaq;
  • Müvafiq sahə üzrə ən azı 2 ildən artıq iş təcrübəsi;
  • Microsoft Office proqramları ilə peşəkar işləmə bacarığı;
  • Operativ və düzgün qərar vermə qabiliyyəti;
  • Təşkilati bacarıqlar (yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.);
  • Konfidensial və həssas məlumatlarla işləmək bacarığı;
  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;

Qeyd olunan tələblərə uyğun namizədlər CVlərini hrguvenli@gmail.com elektron ünvanına “Komplayens üzrə Mütəxəssis” qeyd etməklə göndərə bilərlər.

 

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox