Kontent Menecer

Kontent Menecer

Team Fuad Aghayev
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Kopiraytinq

  • Maaş

    800 AZN

  • İş rejimi

    Yarım-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    13 fevral 2023

  • Bitmə tarixi

    15 mart 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Kontent Menecer vakansiyaları üçün bura keçid edin!

Komandamıza kreativ Content Maker axtarırıq. Bu rolda siz vebsaytlar, bloq yazıları, sosial media daxil olmaqla müxtəlif platformalar üçün yüksək keyfiyyətli kontentə cavabdeh olacaqsınız. İş saata muzd hesablanır və ofisə gəlmək məsulliyyəti yoxdur. Lakin həftə içi iş saatlarında komanda ilə iclaslarda iştirak etməli və əlçatan olmalısınız. İş zamanı işinizi yüngülləşdirəcək süni-intellekt vasitələri ilə təmin ediləcəksiniz.  Müəyyən bir müddət işinizin bilmədiyiniz tərəfləri sizə öyrədiləcək. Daha sonra isə müstəqil şəkildə işləyəcəksiniz. Şirkət yalnız Amerika bazarında fəaliyyət göstərən müştərilərə xidmət göstərdiyi üçün minimum C1 səviyyədə ingilis dili biliyi mütləqdir.

Məsuliyyətlər:

  • Sosial Media hesabları və vebsaytlar üçün kreativ, orijinal və yüksək keyfiyyətli kontent hazırlamaq;
  • Müstəqil və komandanın bir hissəsi kimi işləmək bacarığı;
  • Dəqiq və aydın briflər hazırlamaq, müvafiq istiqamətlərə ötürmək və nəticələrə nəzarət etmək;
  • Müştərilərin diqqətini cəlb edəcək satışyönümlü mətnlər hazırlamaq;
  • Deadline-ları nəzərə alaraq tapşırıqları vaxtında bitirmək;
  • Komandaya verdiyi tapşırıqların şirkət imicinə uyğun şəkildə hazırlanmazına nəzarət etmək;
  • Dünya trendlərini izləmək və işində tətbiq etmək;
  • Həftəlik hazırladığı kontenti analiz edib rəhbər şəxslə müzakirə etmək və nəticələri komanda ilə bölüşmək. 
Namizədə tələblər:
  • Düzgün kopiraytinq, mətn yazma bacarığı;
  • Müvafiq sahə üzrə minimum 2 il təcrübə
  • Azərbaycan və ingilis dili bilikləri;
  • Ehtiyac yarandığı halda Canva və s. platformalarda post hazırlamaq bacarığı;
  • SEO xarakterli blogların yazılması bacarığı;
  • Şirkətin müştərilərinin sosial medialarını və veb saytlarının kontenti nəzarətdə saxlamaq müstəqil şəkildə editləmək;
  • Təqdimatlar hazırlaya bilmək;
  • Reklam mətnləri hazırlamaq bacarığı;
  • Müstəqil problem həll etmək bacarığı;
  • Yaradıcı və maraqlı ideyalara sahib olmalı;
  • Araşdırma və analiz etmək bacarığı;
  • Yenilikçi olmaq və yeni ideyalar təklif etməkdən çəkinməmək;
  • Brainstrominglərdə aktiv iştirak etmək və brainstorming prosesini idarə edə bilmək;

Elan #848484

  • 2966

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox