Korporativ satış üzrə mütəxəssis

Korporativ satış üzrə mütəxəssis

Prosper LLC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Satış üzrə mütəxəssis

  • Maaş

    800 - 1200 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    28 iyul 2023

  • Bitmə tarixi

    27 avqust 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Korporativ satış üzrə Mütəxəssis vakansiyaları üçün bura keçid edin!

İşin təsviri:

“Peşəkar” İnkişaf Mərkəzi ictimai iaşə, satış və digər sahələrdə ödənişsiz peşə kurslarını təqdim edir. Kurslar nəzəri və praktiki hissədən ibarət olur. Tələbələrin praktiki təlimlərə yönləndirilməsi üçün tərəfdaş bazasını artırmaq lazımdır.

Namizəddən tələblər:

  • Dəqiqlik və yüksək məsuliyyət;
  • Ünsiyyət bacarığı, müştərilərlə nəzakətli rəftar;
  • Fikirlərini aydın və səriştəli ifadə etmək bacarığı;
  • Əla təqdimat bacarıqları, potensial alıcını inandırmaq bacarığı;
  • Korporativ satış sahəsində minimum 2 il təcrübə;
  • Güclü təhlil, məntiq və riyazi bacarıqlar;
  • Problemləri tez və effektiv həll etmək bacarığı;
  • Stressə dözümlülük;
  • Vaxtın düzgün idarə edilməsi bacarıqları;
  • Azərbaycan dilində mükəmməl yazma və kommunikasiya, rus dili biliyi arzuolunandır;
  • MS Office proqramlarından (xüsusilə MS Excel) mükəmməl istifadə etmə bacarığı (sertifikatların olması üstünlükdür);
  • Mütəmadi məhsul və texniki biliklərinin inkişaf etdirilməsi;
  • Sahə üzrə təhsili, bilik və bacarıqları təsdiq edən Sertifikatlar/Diplomlar arzuolunandır.

 

Vəzifə öhdəlikləri:

  • Mütəmadi olaraq bazar araşdırılmasının həyata keçirilməsi;
  • Müştəri satış bazasının yaradılması və genişləndirilməsi, yeni müştərilərin və biznes tərəfdaşlarının aktiv axtarışı və cəlb edilməsi;
  • Müştərilən üçün təqdimatların və təkliflərin hazırlanması;
  • Görüşlərin təşkili və keçirilməsi, danışıqların aparılması;
  • Müxtəlif sərgilərdə, tədbirlərdə şirkətin təmsil edilməsi;
  • Rəhbərliyə mütəmadi hesabatların göndərilməsi;

    CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.

    Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.

    Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini hr@prosper.az elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Korporativ satış üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.

Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin!

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox