Korporativ əlaqalər üzrə menecer

Korporativ əlaqalər üzrə menecer

One Smart Star Azerbaijan
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    1000 - 1500 AZN

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    22 aprel 2024

  • Bitmə tarixi

    01 iyun 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Korporativ əlaqalər üzrə menecer vakansiyaları üçün bura keçid edin!

One Smart Star (OSS) dünyada sürətlə yayılan, korporativ  müştərilərə özlərini rəqiblərindən fərqləndirməyə kömək edən,  şirkətin bütün əlaqə  məlumatlarını  tək, sadə,  asan, yadda qalan ulduzlu nömrədə cəm edən bir texnoloqiyadır.

  • Vəzifə : Korporativ əlaqalər üzrə menecer (Corporate Relations Manager)
  • Şirkət: “One Smart Star Azerbaijan” Bakı şəhəri, Demirchi Tower
  • İş qrafiki: I-V günlər, 09:00-18:00
  • Yaş: 30 - 35 yaş
  • Təhsil: Ali
  • Əmək haqqı – 1000-1500 AZN
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

Vəzifə öhdəlikləri:

  • Potensial yeni korporativ müştərilərin müəyyən olunması və görüşlərin təyin edilməsi;
  • Mövcud partnyorlarla koorporativ görüşlərin və ünsiyyətin təmin olunması;
  • Potensial müştərilər və seqmentlər üzrə təhlilin aparılması;
  • Korporativ müştərilərə xidmət və biznes təklifi təqdim etmək;
  • Daxili CRM sistemi ilə işləmək və korporativ müştərilərin məlumat bazasının doldurulması;
  • Korporativ müştərilərlə müqavilələrin bağlanması;
  • Korporativ e-mail və yazışmaların həyata keçirilməsi;
  • Tərəfdaşlar tərəfindən müqavilə şərtlərinə əməl olunmasına (aktların ödənilməsinə) və yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə nəzarət;
  • Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
  • Dövri hesabatların (günlük, həftəlik. aylıq) hazırlanması və təhlili;
  • İnzibati tapşırıqların icra olunması və ya koordinasiyası;
  • Qarşıya qoyulan hədəflərin həyata keçirilməsi;
  • Ehtiyac olduqda Akt və Protokol kimi sənədlərin tərtibi;
  • Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi;

Tələb olunan keyfiyyətlər:

  • Azərbaycan, rus dilində mükəmməl, səlis yazılı və şifahi bilmək, ingilis dili yaxşı;
  • İşgüzar danışıqlarda,  korporativ satış, maliyyə və bank sahəsində azı 1 illlik təcrübə (arzuolunan)
  • Biznesin idarə edilməsi, iqtisadiyyat, idarəetmə, Marketinq, menecment və ya oxşar sahə üzrə ali təhsil (arzuolunan);
  • Layihələrin idarə edilməsi sahəsində təcrübə (arzuolunan);
  • MS Office (Excel, Word, PowerPoint) proqramlarını yüksək səviyyədə və tam sərbəst bilmək;
  • İnformasiya Texnologiyları və telekommunikasiya üzrə biliklər üstünlük hesab olunur;
  • Ofis avadanlıqları ilə tam sərbəst işləmək (printer, scan)
  • İnternet axtarış sistemlərindən sərbəst istifadə;
  • Gözəl danışıq qabiliyyəti, işində səliqəli, məsuliyyətli və dəqiq;
  • Peşəkar, xoş xarici görünüş, koorporativ etikanı bilməli;
  • Yalnız Xanım namizəd tələb olunur;

Bacarıqlar:

  • Komandada işləmək, Kommunikasiya və ünsiyyət bacarıqları;
  • Satış bacarığı;
  • Analitik yanaşma və təhlil;
  • Problem həll etmə bacarıqları;
  • Təqdimat bacarıqları;
  • Vaxt idarəetmə bacarıqları;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Yüksək səviyyədə motivasiya və həvəsli olma, eləcə də sürətlə oyrənmə bacarığı;

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox