Korporativ İdarəetmə və Hesabatlılıq üzrə Mütəxəssis

Korporativ İdarəetmə və Hesabatlılıq üzrə Mütəxəssis

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    19 yanvar 2021

  • Bitmə tarixi

    18 fevral 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Korporativ idarəetmə üzrə Mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Vəzifə öhdəlikləri

1. Bankın korporativ idarəetmə strukturunu təşkil edən normativ sənədlərin (nizamnamə, əsasnamə, siyasət, qaydalar və s.) qanunvericiliyə uyğunluğunu mütəmadi izləmək və lazım olduqda dəyişikliklərin edilməsi təşəbbüsünü göstərmək
2. Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin (nizamnamə, əsasnamə, siyasət, qaydalar və s.) hazırlanması və təkmilləşdirilməsi üzrə layihələri həyata keçirilmək
3. Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin (nizamnamə, əsasnamə, siyasət, qaydalar və s.) idarə edilməsində dəyişikliklərin aydın göstərilməsi, anlaşılması və ifadə edilməsini təmin etmək məqsədilə digər vahidlərlə sıx əməkdaşlıq etmək
4. Sənədlərin optimizasiyası, dərindən analizi normativ sənədlərin icrasının hesabatını hazırlamaq
5. Müvafiq sənədlərdəki uyğunsuzluqlar, daxili partnyorların sistematik səhvləri haqqında şikayətləri araşdırmaq
6. İdarə heyətinin və komitələrin iclaslarının və qərarlarının şirkətin müvafiq normativ tələblərinə uyğun olaraq düzgün keçirilməsini və qəbul olunmasına nəzarət etmək
7. İdarə Heyətinin və komitələrin iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə cavab verməsinə nəzarət etmək və müvafiq tələblərə cavab verməyən sənədləri geri qaytarmaq üzrə qərar vermək
8. İdarə heyətinin və komitə iclaslarda qəbul edilmiş qərarlara müvafiq tədbirlərin həyəta keçirilməsinə nəzarəti və nəticələr haqqında məlumatların müvafiq qurumlara vaxtında təqdim olunması
9. Şirkətin korporativ idarəetmə və katiblik xidmətinin gücləndirilməsi istiqamətində sistemlərin inkişaf etdirilməsi və həyata keçirilməsi üzrə menecerə yardım edilməsi
10. Mütəmadi olaraq qərarlar üzrə statistik məlumaların yığılması və tələb olunan hesabatları hazırlanmaq

Namizədə tələblər:

• Təhsil: bakalavr dərəcəsi (hüquq,İqtisadiyyat və ya İdarəetmə)
• Tələb olunan iş təcrübəsi: 1-3 il
• Xarici dillər: İngilis, Rus
• Məhsul üzrə biliklər: Kredit, sənədli əməliyyat, faktorinq

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 Fevral 2021-ci il tarixinədək recruitment@pashabank.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ İdarəetmə və Hesabatlılıq üzrə Mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox