Görəcəyiniz işlər:
- Bankdaxili biznes proseslərin təhlilini həyata keçirmək, optimallaşdırma imkanları ilə bağlı təkliflər vermək və biznes prosesləri müvafiq alətlər vasitəsilə vizuallaşdırmaq (proses xəritələrini hazırlamaq);
- Bankdaxili biznes prosesləri tənzimləyən normativ sənəd layihələrini Bankın aidiyyəti struktur bölmələri ilə birgə hazırlamaq;
- Bankın struktur bölmələrinə və törəmə müəssisələrinə onların müraciəti əsasında korporativ idarəetmə və normayaratma fəaliyyətləri üzrə metodoloji dəstək göstərmək.
Bizim üçün uyğun namizəd:
- Biznesin idarə edilməsi, menecment, iqtisadiyyat, hüquq və ya digər uyğun sahələr üzrə ali təhsili olan (xaricdə təhsil və ya beynəlxalq sertifikatlar arzuolunandır);
- Microsoft Office proqramlarından yaxşı səviyyədə (Word, PowerPoint – yüksək, Excel – orta) istifadə etmək bacarığına sahib olan;
- Azərbaycan dilini yaxşı səviyyədə bilən və bu dildə yüksək səviyyədə yazma qabiliyyətinə malik olan (ingilis və rus dillərini bilmək əlavə üstünlükdür);
- Güclü kommunikasiya və təqdimat bacarığı olan;
- Biznes proseslərin təhlili, vizuallaşdırılması (proses xəritələrinin hazırlanması) və optimizasiyası istiqamətində təcrübənin olması əlavə üstünlükdür.