Korporativ idarəetmə və metodologiya üzrə mütəxəssis / aparıcı mütəxəssis

Korporativ idarəetmə və metodologiya üzrə mütəxəssis / aparıcı mütəxəssis

ABB
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    16 iyul 2024

  • Bitmə tarixi

    25 avqust 2024

Diqqət!

Bu elanın vaxtı bitib. İdarəetmə üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

İş haqqında

Görəcəyiniz işlər:

  • Proses sahibləri ilə birgə biznes proseslərin (mövcud və yeni) təhlilini həyata keçirmək, optimallaşdırma imkanları ilə bağlı təkliflər vermək və biznes prosesləri müvafiq alətlər vasitəsilə vizuallaşdırmaq (proses xəritələrini hazırlamaq);
  • Biznes proseslərin optimallaşdırılması ilə bağlı layihələrdə iştirak etmək;
  • Bankın biznes və dəstəkləyici proseslərini tənzimləyən, habelə korporativ idarəetmə ilə bağlı bankdaxili normativ sənədlərin layihələrini Bankın aidiyyəti struktur bölmələri ilə birgə hazırlamaq;
  • Bankın struktur bölmələrinə və törəmə müəssisələrinə onların müraciəti əsasında korporativ idarəetmə və normayaratma fəaliyyətləri üzrə metodoloji dəstək göstərmək.

Bizim üçün uyğun namizəd:

  • Biznesin idarə edilməsi, menecment, iqtisadiyyat, hüquq və ya digər uyğun sahələr üzrə ali təhsili olan (xaricdə təhsil və ya beynəlxalq sertifikatlar arzuolunandır);
  • Microsoft Office proqramlarından (Word, PowerPoint, Excel) yüksək səviyyədə istifadə etmək bacarığına sahib olan;
  • Azərbaycan və İngilis dillərini yaxşı səviyyədə bilən və Azərbaycan dilində yüksək səviyyədə yazma qabiliyyətinə malik olan (rus dilini bilmək əlavə üstünlükdür);
  • Güclü kommunikasiya və təqdimat bacarığı olan;
  • Bank sahəsində təcrübənin olması arzuolunandır;
  • Biznes proseslərin təhlili, vizuallaşdırılması (proses xəritələrinin hazırlanması) və optimizasiyası istiqamətində təcrübənin olması əlavə üstünlükdür;
  • Risklərin idarə edilməsi və daxili nəzarət istiqamətlərində səriştələrin olması əlavə üstünlükdür.

Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin!

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox