Korporativ katiblik şöbəsinin Sənədlərin qeydiyyatı və dövriyyəsi bölməsinin kiçik mütəxəssisi
Vaxtı bitmiş
Diqqət! Bu elanın vaxtı bitib. Korporativ katiblik şöbəsinin Sənədlərin qeydiyyatı və dövriyyəsi bölməsinin kiçik mütəxəssisi vakansiyaları üçün bura daxil olun.
Elan № 16795
Korporativ katiblik şöbəsinin Sənədlərin qeydiyyatı və dövriyyəsi bölməsinin kiçik mütəxəssisi vakansiyaları
Korporativ katiblik şöbəsinin Sənədlərin qeydiyyatı və dövriyyəsi bölməsinin kiçik mütəxəssisi vakansiyaları
04 Mart 2024
Elan tarixi
13 Aprel 2024
Bitmə tarixi
11202
Baxılıb
İş məlumatları
İş barədə məlumat
Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır.
Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz.
Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.
Rol haqqında
Kapital Bank sənədlərin qeydiyyatını icra edə bilən, dövriyyəsini planlaşdıracaq və sənədlərlə çalışa biləcək, Bankdaxili biznes prosesləri üzrə geniş təsəvvürə malik olan namizədlər axtarır.
Bizimlə işləməyin üstünlükləri
- Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
- Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.
- Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
- Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
- Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
- Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
Öhdəliklər
Baş ofisə daxil olmuş xidməti sənədləri və digər korrespondensiyaları qəbul edərkən onların ünvanlarının düzgünlüyünü, zərflərin və ya bağlamaların salamatlığını müəyyənləşdirir.
- Zərf açılarkən sənədlərin tamlığını, zədələndiyini və nömrələrin zərfin üstündə göstərilən nömrələrə uyğunluğunu yoxlayır.
- Zərfə səhv qoyulmuş sənədləri geri qaytarır və ya həmin sənədi göndərənin razılığı ilə aidiyyəti üzrə göndərir.
- Bankın baş ofisindən, filiallarından və digər təşkilatlardan daxil olmuş sənədlərin qeydiyyatını aparır.
- Şöbədə qeydiyyatdan keçmiş xidməti sənədlər və digər korrespondensiyalarla tanış olub icra edilməsi üçün müvafiq qaydada departamentlərə təqdim edir.
- Struktur bölmələrdən sənədləri göndərmək üçün təhvil almazdan əvvəl həmin sənədlərin düzgün tərtib edilməsini, o cümlədən ünvan sahibinin adını, ünvanını, müvafiq imzaları, tarixin və əlavələrin olub-olmadığını yoxlayır.
- Göndərilən korrespondensiyaları zərflərə yerləşdirir, ünvanları yazır və markalayır.
- Baş ofisdən göndərilən sənədlərin ünvanlarına çatdırılması üçün poçta təqdim edir
- Baş ofisə daxil olan qəzet və jurnalları struktur bölmələrə çatdırır.
- Əmək müqaviləsi, şöbənin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
- Birbaşa rəhbəri, İdarə Heyəti sədri, tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, şöbənin əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Tələblər
- Ali təhsil;
- Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyəti;
- Rus dili mütləqdir, ingilis dili arzuolunandır;
- Bankçılıq sahəsi haqqında ilkin anlayış;
- Tez öyrənmə bacarıqları, problemlərin həlli və ya həll yolları təklif etmə;
- Detallara diqqət, dəqiqlik və təcili işlərə həssaslıq;
- Microsoft Word, Excel və internetdə işləmə bacarığı;
- Təşəbbüskarlıq və məsuliyyətlilik qabiliyyəti.
Kapital Bank-da iş mühiti ilə daha yaxından tanış olmaq üçün keçid edin - https://urlgeni.us/linkedin/mblbnnr
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
OXŞar vakansİYALAR
Məlumat mərkəzinin mütəxəssisi
Güvənli MMC
Risklərin idarə edilməsi üzrə mütəxəssis
İdeal Kredit

Kassir
Avis Apteklər Şəbəkəsi

Kassir
Supertoys MMC
Kassir
Balique.az

Korporativ müştərilərə xidmət üzrə mütəxəssisi
VTB Bank
Pərakəndə satış və xidmət bölməsinin kiçik mütəxəssisi - İsmayıllı
ABB

Məhsul üzrə Analitik (Biznes İnnovasiyaları)
PASHA Bank
Müştəri bələdçisi - Xankəndi
ABB

Strateji idarəetmə və araşdırma şöbəsinin Mütəxəssisi
PASHA Bank
Kredit mütəxəssisi
İdeal Kredit

Kreditləşmə üzrə Kiçik Analitik (Korporativ & İnsitutsional Bankçılıq üzrə)
PASHA Bank
İstedadların idarəedilməsi departamentinin Əmək münasibətlərinin idarə edilməsi şöbəsində təcrübə proqramı
Kapital Bank

Kreditlərin Bərpası üzrə Kiçik Mütəxəssis
PASHA Bank

Rəqəmsal Məhsulların İdarə Edilməsi şöbəsinin rəisi (Biznes Proseslərin İdarə Edilməsi Departamenti)
ATB Bank
Məlumat xidməti üzrə kiçik mütəxəssis / Qazax filialı
Kapital Bank
Elan № 16795
Korporativ katiblik şöbəsinin Sənədlərin qeydiyyatı və dövriyyəsi bölməsinin kiçik mütəxəssisi vakansiyaları
Korporativ katiblik şöbəsinin Sənədlərin qeydiyyatı və dövriyyəsi bölməsinin kiçik mütəxəssisi vakansiyaları
04 Mart 2024
Elan tarixi
13 Aprel 2024
Bitmə tarixi
11202
Baxılıb