Korporativ katiblik şöbəsinin Sənədlərin qeydiyyatı və dövriyyəsi bölməsinin kiçik mütəxəssisi ( Reception- Badamdar ofis)

Korporativ katiblik şöbəsinin Sənədlərin qeydiyyatı və dövriyyəsi bölməsinin kiçik mütəxəssisi ( Reception- Badamdar ofis)

Kapital Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    24 dekabr 2024

  • Bitmə tarixi

    28 yanvar 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Qeydiyyatçı vakansiyaları üçün bura keçid edin!


 

Öhdəliklər:

  • Daxil olmuş xidməti sənədləri və digər korrespondensiyaları qəbul edir;
  • Zərflərin və ya bağlamaların salamatlığını müəyyənləşdirir;
  • Zərf açılarkən sənədlərin çatışmadığı, zədələndiyi, nömrələrin zərfin üstündə göstərilən nömrələrə uyğun gəlmədiyi, əməkdaşın adının səhv, yaxud natamam yazıldığı, həmçinin bu tipli digər problemlər aşkar edilərsə aidiyyatı üzrə araşdırır;
  • Bankın filiallarından, digər təşkilatlardan, həmçinin vətəndaşlardan daxil olmuş və göndərilən sənədlərin qeydiyyatını aparır, sənədləri çatdırılması üçün şöbənin digər əməkdaşına təhvil verir
  • Telefon zənglərinə cavab verir, əməkdaşlara müvafiq dəstək göstərir;
  • Banka gələn qonaqları qarşılayır, şəxsiyyət vəsiqələrini qəbul edərək qeydiyyatdan keçirir və qonaqları aidiyyəti üzrə yönləndirir;
  • Banka gələn müştəriləri dinləyir və aidiyyatı üzrə yönləndirir.


Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyəti;
  • Rus dili mütləqdir, ingilis dili arzuolunandır;
  • Bankçılıq sahəsi haqqında ilkin anlayış;
  • Tez öyrənmə bacarıqları, problemlərin həlli və ya həll yolları təklif etmə;
  • Detallara diqqət, dəqiqlik və təcili işlərə həssaslıq;
  • Microsoft Word, Excel və internetdə işləmə bacarığı;
  • Təşəbbüskarlıq və məsuliyyətlilik qabiliyyəti.

Elan #857740

  • 1488

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox