Korporativ müştərilərə xidmət üzrə baş mütəxəssis

Korporativ müştərilərə xidmət üzrə baş mütəxəssis

Pasha Kapital
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    13 iyun 2023

  • Bitmə tarixi

    13 iyul 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Korporativ müştərilərə xidmət üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!
  • Məhsulların satışından, gəlirlikdən və müştəri məmnunluğunun artırılması nəticəsində portfelin böyüməsini təmin etmək;
  • Müştəri əlaqələrinin genişləndirilməsi və mövcud portfelin optimal şəkildə saxlanması, yeni bizneslərin cəlb edilməsi;
  • Müştəri ilə əməkdaşlıq səviyyəsinin və şirkət payının  artırılması;
  • Portfeldə olan mövcud müştərilərlə yüksək səviyyədə münasibətlərin qurulması;
  • Şirkət brendini və nüfuzunu artırmaq üçün müxtəlif tədbirlərdə iştirak etmək;
  • Müştəri sorğularının vaxtlı-vaxtında, düzgün və keyfiyyətli icrası üçün lazım olunan tədbirlər görmək;
  • Şirkətin və müştərilərin məlumatlarının məxfiliyinin qorunmasını təmin etmək;
  • Müştəri kredit və ya digər şirkət məhsulu üzrə müraciət etdiyi halda onun biznesinin ilkin maliyyə təhlilini aparıb, qaydalara və qanunvericiliyə uyğun olaraq  təkliflərin hazırlanması;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları icra etmək.
Namizədə tələblər:
  • Maliyyə, İqtisadiyyat üzrə ali təhsil;
  • Sahə üzrə ən azı 2-3 il iş təcrübəsi (investisiya xidmətləri sektoru üzrə əldə olunmuş sahə təcrübəsi üstünlük hesab olunur);
  • İnvestisiya şirkəti fəaliyyətinə dair biliklər;
  • Lisenziya / Sertifikat: CFA (1 və ya 2 dərəcə);
  • Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
  • MS Office istifadə bacarığı;
  • Bazar üzrə biliklər: Maliyyə və Kapital bazarları;
  • Diplomatik ünsiyyətə sahib olmaq;
  • Zamanın səmərəli və effektiv idarəedilməsi;
  • Güclü təşkilatçılıq və eyni zamanda bir neçə tapşırığın icra edilməsi.
  • Maraqlanan şəxslər elektron məktub başlığında “Korporativ müştərilərə xidmət üzrə baş mütəxəssis” qeyd etməklə öz CV-lərini hr@pashacapital.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox