Görəcəyiniz işlər:
- Hesabların (müvəqqəti hesablar daxil olmaqla) açılması və bağlanması üçün sənədləri qəbul etmək, onları təhlil etmək;
- Qanunvericiliyin tələblərinə uyğun qaydada ödəniş tapşırıqlarını (milli və xarici valyutada), konvertasiya üzrə sifarişləri icraya qəbul etmək;
- Qanunvericiliyin tələlərinə uyğun qaydada valyuta ödənişləri və idxal-ixrac əməliyyatları ilə bağlı sənədləri təhlil etmək, işləmək və saxlamaq;
- Əmək haqqı layihəsi, eləcə də biznes, korporativ, gömrük kartlarının alınması üzrə zəruri sənədləri icraya qəbul etmək;
- Nağd pul üzrə mədaxil və məxaric əməliyyatlarını aparmaq;
- Hesab üzrə arayışların, audit sorğularını hazırlamaq və yoxlamaqdır.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
- Bankda qeyd olunan sahə üzrə minimum 1 il iş təcrübəsi olan;
- MS Office proqramları üzrə bilikləri olan;
- Azərbaycan dilində yüksək, rus və ingilis dillərində orta səviyyədə kommunikasiya bacarığı olan şəxsdir.