Korporativ Satınalma meneceri

Korporativ Satınalma meneceri

Ricon MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Satış üzrə mütəxəssis

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    14 dekabr 2020

  • Bitmə tarixi

    13 yanvar 2021

Diqqət!

Bu elanın vaxtı bitib. vakansiyaları üçün bura keçid edin!

Vəzifə təlimatı:

• Daxili və xarici bazarları araşdırmaq.
• Daxili və xarici bazardan tədarük ediləcək mal və xidmətlərin alqı-satqısı ilə məşğul olan firmaları aşkarlamaq və firmalar haqqında lazım olan ətraflı məlumat əldə etmək.
• Tikinti fəaliyyətlərinin idarə olunması üçün lazım olan mal və xidmətləri, prosedurlar daxilində alqı-satqı qaydalarına uyğun olaraq bazar fəaliyyətlərini izləyərək ən qısa müddətdə və lazımi keyfiyyətdə bazardan təmin etmək.
• Daxili və xarici bazardan tədarük ediləcək mal və xidmətlərlə əlaqədar müqavilələrin hazırlanmasını
• Satınalma işlərini prosedura uyğun olaraq həyata keçirmək.
• Etibarlı təchizatçıların siyahısını hazırlayır və daimi olaraq həmin siyahıya əlavə və dəşikliklərin edilməsini nəzarət altında saxlayır.
• Yerinə yetirilmiş bütün sifarişlərin “Excel” proqramında uçotunun aparılmasını və müvafiq tikinti sahələri üzrə qovluqlara yerləşdirilməsini həyata keçirir,
• Müəssisəyə mədaxil və məxaric edilən hər növ vəsaitin anbar girişləri və çıxışlarını sistemli şəkildə hıyata keçirilməsini təmin etmək, sənədləşməsini aparmaq və mühasibatlıqa təqdim etmək.
• Gəlir-xərc məlumatlarını müvafiq qaydada yeniləmək, təhvil-təslim aktları hazırlamaq və vaxtı vaxtında mühasibatlıqa hesabat vermək , sifariş və xərclərini əsaslandırmaq, təşkilatın fəaliyyət məqsədlərinə uyğunluğunu təmin etmək;
• Satınalmaların qeydiyyatını aparmaq İSO keyfiyyət sisteminin tələblərinə uyğun işləmək;
• Tender təkliflərini analiz etmək; ucuz qiymət və sərfəli şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
• Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
• Xarici və yerli şirkətlər və müştərilər ilə yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
● Şirkətin platformasına müvafiq sahələrdə layihələrin araşdırması, tenderlərdə iştirak, iri proyektlərin cəlb edilməsi;
● Daimi yeni tenderların web saytlarda yerləşdirilməsinin izlənilməsi
● Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
● Bazarda tələb-təklifin araşdırılması və tələbin analizi;
●Yerli və xarici satış kanallarının müəyyən edilməsi, habelə müvafiq istiqamətdə strategiya və inkişaf layihələrinin hazırlanaraq icra edilməsi;
● Rəqiblərin aktivliyinin izlənilməsi
● Şirkətin internet səhifəsinin izlənilməsi və sirkət haqqında yeniliklərin internet veb səhifəsində daima qeyd edilməsi; o cümlədən ( Facebook, instagram).
● Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyatı üzrə saxlanılmasını təşkil etmək;
● Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət sahəsi ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
● Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə hesabatın hazırlanması;
● Tələb olunan sənədlərin toplanması və icra üçün təqdim edilməsi;
● Tender zamanı şirkəti təmsil etmək;
● Tender təkliflərinin toplanması prosesinin idarə olunmasını təmin etmək və nəzarətdə saxlamaq;
● Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;

İş haqqında məlumat:

- Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə :
- İş yeri Bakı şəhəri
- 6 günlük iş həftəsi : 09:00-18:00-dək , 6-ci gün 10:00-15:00dək


Namizədə tələblər:

• Ali təhsilli

• Aidiyyatı sahə üzrə minimum 3 il iş təcrübəsi olmalıdır,

• Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır,

• Güclü kommunikasiya və prezentasiya bacarıqları olmalıdır,

• Rus və ya ingilis dilini bilənlərə üstünlük veriləcək

• Ezamiyyə imkanları;

• Ünsiyyət yaratmaq bacarığı;

• İşə planlı yanaşması;

• Fəal olması və komandada işləmək bacarığı.

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini hr@ricon.az elektron ünvanına mövzu hissəsinə vəzifənin adını qeyd etməklə göndərmələri xahiş olunu, əks halda cv lərə baxılmayacaq.

Müraciət üçün e-poçt daxil et

Elan #840993

  • 1519

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox