Şirkət: HR Option
Vakansiya: Korporativ satış mütəxəssisi
İş yeri: Bakı
İş vaxtı: 09:00-18:00
İş haqqında:
- Korporativ müştərilər üçün xidmət təklifi paketi və qiymət təklifini hazırlamaq;
- Şirkətin təklif etdiyi xidmətlərin təqdimatını hazırlamaq və həyata keçirmək;
- Potensial müştəri olan müəssisələrin e-mail, telefon, birbaşa görüş və s. kimi vasistələrlə şirkətin məhsullarına ehtiyac və tələbini üzə çıxarmaq
- Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə qeydlər aparmaq və hesabatlar hazırlamaq;
- Korporativ satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanmasını təşkil etmək
- Şirkətin təlim və s. kimi fəaliyyətləri ilə bağlı individual müştərilərin suallarını cavablandırmaq, müvafiq paketlərin sərfəli şərtlərlə satışını həyata keçirmək
- Şirkətin strategiyasına uyğun olaraq məlumat bazalarını təmin etmək, yeniləmək və hesabat təqdim etmək;
- Müştərilər üçün müqavilələri hazırlamaq, onların səlahiyyətli şəxslər tərəfindən imzalanmasını həyata keçirmək
- Müştərilərə hesab fakturaları hazırlayıb təqdim etmək və mühasibatlıqla əlaqə saxlayaraq e-qaimələrin göndərilməsinə nəzarət etmək
- Müştərilərdən ödənişlərin vaxtında və razılaşdırılmış həcmdə yığılması üçün onlarla telefon, email və s. kimi vasitələrlə əlaqə saxlamaq və ödənişləri almaq.
Namizədə tələblər:- Ali təhsil;
- Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi bəyəniləndir.
- Azərbaycan dili (yazılı və şifahi)- yüksək səviyyədə, Rus dili və İngilis dili (üstünlükdür);
- MS Office proqramlarında (Word, Excel, Power point) – yaxşı səviyyədə işləmə bacarığı;
- Dürüstlük, məsuliyyətlilik, çeviklik bacarıqları
- Təhliletmə bacarığı, ünsiyyət və təqdim etmə, problem həlletmə
- Təşəbbüskarlıq, məqsədyönlülük, yenilikçilik bacarıqları.
Müraciət qaydaları: cv@hroption.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Korporativ satış mütəxəssisi ” yazmaqla CV göndərərək müraciət edilir.