Korporativ sığorta şöbəsinin sektor müdiri

Korporativ sığorta şöbəsinin sektor müdiri

PASHA Life
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Menecment

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    29 sentyabr 2021

  • Bitmə tarixi

    29 oktyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. vakansiyaları üçün bura keçid edin!

Struktur bölmə: Satış departamenti, Korporativ sığorta şöbəsi
Vəzifə: Korporativ sığorta şöbəsinin sektor müdiri
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 03.10.2021-ci il

Vəzifə Öhdəlikləri:

• Ümumi satış strategiyasına uyğun olaraq illik biznes planını hazırlamaq və yerinə yetirmək, eləcə də müvafiq aylıq və rüblük hədəflər müəyyən etmək, şöbənin fəaliyyətlərinə rəhbərlik etmək
• Müştəriyə mümkün olan ən yaxşı səviyyəli xidmətin göstərilməsini və şirkət prosedurlarına riayət olunmanı təmin etmək üçün şöbə standartlarını müəyyən etmək və qoruyub saxlamaq
• Tabeliyində olan satış əməkdaşlarının göstəricilərini və göstərdiyi xidmətin səviyyəsini maksimuma çıxarmaq üçün komandanı ruhlandırmaq, motivasiya etmək və inkişaf etdirmək
• Kadrları səmərəli şəkildə işə götürmək, işdə saxlamaq, müxtəlif təlimlərə yönləndirmək və inkişaf etdirmək üçün insan resursları üzrə məqsədəuyğun strategiyanın mövcudluğunu təmin etmək
• Şöbə daxilində təşkilatın şirkət dəyərləri və standartlarını tətbiq edərək sistem, proses və fəaliyyət istiqamətlərinin məqsədəuyğunluğunu təmin etmək məqsədilə onları təhlil etmək və təkmilləşdirmək üçün layihələr həyata keçirmək.
• Biznesə bütövlüklə fayda vermək üçün əsas daxili maraqlı tərəflər ilə münasibətlər qurmaq və şöbənin digər şöbələr ilə inteqrasiyasını təmin etmək.
• Mürəkkəb və biznes baxımından əhəmiyyətli müştərilər / agentlər / vasitəçilər portfelini işləyib hazırlamaq və onlarla olan münasibətləri idarə etmək.

Namizədə tələblər:

- İş təcrübəsi: Satış sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi.
- Dil bilikləri: Azərbaycan dili: Əla, İngilis dili: orta, Rus dili:orta.
- Üstünlüklər: Riyaziyyat və İqtisadiyyat ixtisasları üzrə bakalavr dərəcəsi.
- Kompüter bilikləri: MS Office: orta.
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, təsir göstərmə, münasibət yaratma.
- Liderlik səriştələri: strateji düşünmə, ruhlandırma, istedadı inkişaf etdirmə, təsir göstərmə, nəticəyə istiqamətləndirmə.

İmtiyazlar:

- Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

Elan #843583

  • 1085

Kateqoriya Menecment

İş rejimi Tam-ştat

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox