İş haqqında
Görəcəyiniz işlər:
- Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
- Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə -use case) hazırlanması;
- Biznes proses üzrə minimal test planların və test ssenarilərinin hazırlanmasında iştirak;
- Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
- Dəyişiklik edilmiş biznes prosesin test mərhələsində sifarişçiyə və Bank Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
- Analiz zamanı report hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsində iştirak;
- Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;
- Vəzifə öhdəliklərin icrası ilə bağlı Bankın və digər 3-cü tərəflərin əsas maraqlı tərəfləri və struktur bölmələri ilə koordinasiyası üçün zəruri görüşlərdə iştirak etmək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
- Sahə üzrə minimum 2 il təcrübəyə sahib;
- Bank məhsulları haqqında biliklərə sahib;
- CRM-sistemləri, Bank modulları (Flexcube arzuolunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi olan;
- Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığına malik;
- Verilənlər bazasının (SQL) sorğulanması üzrə bilikli;
- Xarici dil biliklərinə sahib (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində);
- Web servis üzrə biliklərə sahib: Arxitektura növü (Rest/Soap), APİ Server-lərin sorğulanması bacarığı sahib şəxsdir.