Kredit, bazar və likvidlik risklərinin idarə olunması şöbəsinin rəhbəri

Kredit, bazar və likvidlik risklərinin idarə olunması şöbəsinin rəhbəri

PASHA Insurance
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    01 fevral 2023

  • Bitmə tarixi

    03 mart 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Kredit mütəxəssisi vakansiyaları üçün bura keçid edin!
  • Maliyyə risklərinin idarə edilməsi üzrə siyasət, qayda və metodologiyaların işlənib hazırlanmasını və yenilənməsini təşkil etmək;
  • Daxili reytinq/skorinq modellərinin inkişaf etdirilməsi, yenilənməsi və validasiyasını həyata keçirmək;
  • Mütəmadi olaraq maliyyə risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsini təşkil etmək və bunun nəticəsində risk xəritəsini hazırlamaq;
  • Borcalanların kredit riski qiymətləndirilməsi üzrə metodologiyasının tətbiq edilməsinin koordinasiyasını, dəstəyini və nəzarətini həyata keçirmək;
  • Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsində iştirak etmək və tətbiqi üzrə işləri həyata keçirmək;
  • Stress-test üzrə metodologiyaların və modellərinin hazırlanmasını, tətbiq edilməsini təşkil etmək və nəticələri ilə bağlı təkliflər vermək;
  • Risk iştahasının hazırlanmasında iştirak etmək və monitorinqi ilə bağlı prosesə nəzarəti təmin etmək;
  • Risk limitlərinin hesablanmasına dair təkliflərin verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
  • Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
  • Riyazi və statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsini həyata keçirmək;
  • Maliyyə riskləri üzrə daxili hesabatlılıq sisteminin effektiv işləməsini təmin etmək;
  • Tabeçiliyində olan əməkdaşların daimi inkişafı üzrə effektiv proqramın təmin edilməsini təşkil etmək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.
Namizədə tələblər:

Biliklər:

  • Maliyyə, Riyaziyyat, İqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil;
  • Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı; (SQL, Python və ya R proqramlarından istifadə bacarığı arzuolunandır); 
  • Dil bilikləri: Azərbaycan və İngilis (minimum B2) dilləri üzrə yüksək səviyyədə biliklərin olması, Rus dili biliyi arzuolunandır.
  • Müvafiq sahə üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük verilir.

Təcrübə:

  • Risklərin idarə olunması sahəsi üzrə minimum 3 il təcrübə (Sığorta, maliyyə institutları və ya məsləhətçi şirkətlərin birində təcrübəsi olan namizədlərə üstünlük verilir);

Bacarıqlar:

  • Yüksək təqdimat bacarıqları;
  • Komandada işləmək bacarığı;
  • Yaxşı ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşüncə;
  • Təşəbbüskarlıq;
  • Böyük məlumat bazaları ilə işləmək bacarığı;
  • Modelləşdirmə.

Elan #848396

  • 703

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox