Bakı
Kredit mütəxəssisi
Razılaşma ilə
Tam-ştat
17 mart 2023
16 aprel 2023
“Qarant Kredit” Lombard təşkilatı Bakı şəhərində yerləşən filialları üçün “Kredit mütəxəssisi” vakansiyası üzrə təcrübə proqramı elan edir.
- Müştəri cəlbi, birbaşa marketinq funksiyalarını öyrənmək və həyata keçirmək;
- Şirkətin prosedurlarını, təlimatlarını və daxili qaydalarını öyrənmək;
- Şirkətin daxili sistemini öyrənmək;
- Kreditləşmədə zəruri olan sənədləşməni öyrənmək və digər normativ sənədləri mənimsəmək;
- Təcrübəsi olan kredit mütəxəssisin yanında təcrübə keçərək, bu sahədə öz biliklərini əldə etmək;
- Müştəri ilə ünsiyyət, müştəri münasibəti və müştəri təhlilini öyrənmək;
- Şirkətlərdə və müəssisələrdə təqdimat və digər nümayəndəlik funksiyaları həyata keçirilməsini öyrənmək və tətbiq etmək.
- Ali təhsil;
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
- Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
- Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Müştərini cəlbetmə bacarığı;
- Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandır.
Qeyd olunan tələblərə uyğun gələn namizədlər öz CV formalarını "Kredit mütəxəssisi-təcrübəçi(Bakı)" başlığı altında hr@qarantkredit.az elektron ünvanına göndərə bilərlər.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.