- Kredit riskinin idarəedilməsi metodologiyasının inkişaf etdirilməsi, inteqrasiyası və davamlılığının təmin edilməsi;
- Bütün kredit məhsulu seqmentləri üçün qiymətləndirmə modelləri və risk mühərriklərinin inkişafı və davamlılığının təmin edilməsi;
- Gündəlik, yarım illik və illik əsasda MHBS-a uyğun olaraq Kredit Zərərləri Ehtiyatının vaxtında və düzgün hesablanmasının təmin edilməsi;
- Yerli tənzimləyici qaydalara uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;
- Təşəbbüs nümayiş etdirmək və kredit qərarlarının qəbulu ilə bağlı risklərin effektiv idarəsi üçün tələb olunan biznes prosesləri dizaynının və həyata keçirilməsinin təmin edilməsi;
- Kredit riski limitlərinin hesablanması və limit siyasəti və çərçivə yeniləmələri üçün tövsiyələrin verilməsi;
- Biznes dövrü ilə əlaqəli layihələrdə iştirak və risklərin nəticələrinə effektiv inteqrasiyasının təmin edilməsi;
- Bank aktivləri portfelinin kredit risk profilini yaxşılaşdırmaq üçün analitik yanaşmalardan istifadə;
- Nəzarət limitləri, yuxarı həddlər və əsas risk göstəriciləri kimi etalon ölçülər də daxil olmaqla, risk tolerantlığına dair baxış bucağının təqdim edilməsi və riskə uyğunlaşdırılmış gəlirləri artırmaq üçün diversifikasiya edilməsi;
- Kredit portfelində yaranan risklər haqqında məlumatın bankın rəhbərliyinə vaxtında çatdırılması;
- Maliyyə hesabatlarında risklərin vaxtında və ehtiyatlı şəkildə əks etdirilməsi üçün proses səmərəliliyinin təmin edilməsi;
- Qərar vermə prosesinə inteqrasiya olunması üçün proqnozlaşdırıcı, qabaqlayıcı və proaktiv kredit riskinin idarəedilməsi alətlərinin işlənib hazırlanması və davamlılığının təmin edilməsi;
- Yaranmış böhranlara cavabdehlik və kredit portfelinin stress test prosesinə nəzarət;
- Mümkün kredit itkilərinin və kredit öhdəliklərinin yerinə yetirilməməsinin qiymətləndirilməsinə cavabdehlik;
- Bankda risk mədəniyyətinin təkmilləşdirilməsi alətlərinin təmin edilməsii və risk imkanları səviyyəsinin artırılması;
- Əsas risk faktorlarının müəyyən edilməsi və monitorinqi, həmçinin təklif olunan həllərin hazırlanması üçün portfel səviyyəsində məlumatların təhlili.
Namizədə tələblər:TƏHSİL
Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
İŞ TƏCRÜBƏSİ
Kredit, risk və ya müvafiq sahə üzrə minimum 2-3 il
XARİCİ DİL
İngilis dili
KOMPÜTER BİLİKLƏRİ
Microsoft Office
DİGƏR
Bazar haqqında məlumatlılıq, komanda işi, problem həll etmə bacarıqları, münaqişəli vəziyyətlərin idarəedilməsi
Python, R kimi proqramlaşdırma dilləri
Müraciət üçün: https://careers.pashabank.az/az/vakansiyalar/52