Kreditlərin Rəsmiləşdirilməsi üzrə mütəxəssis

Kreditlərin Rəsmiləşdirilməsi üzrə mütəxəssis

Ziraat Bank Azərbaycan ASC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Kredit mütəxəssisi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    20 oktyabr 2020

  • Bitmə tarixi

    19 noyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Kredit mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

Ziraat Bank Azərbaycan ASC Əməliyyat Departamentinə Kreditlərin Rəsmiləşdirilməsi üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifələrinə işə dəvət edir.

Əsas vəzifələr:

• Kredit Komitəsinin qərarına uyğun olaraq kreditlərin verilməsi ilə əlaqədar müqavilələrin hazırlanması (baş kredit, ipoteka, girov, kredit, qarantiya, kontr- qarantiya, tələbin güzəşti, kredit xətti, faktorinq və digər müqavilələr);
• İmzalanan müqavilələrin proqram girişlərinin icra edilməsi;
• İstifadə olunan kredit müqavilələrin və kreditin rəsmiləşdirilməsi prosesinin optimallaşdırılmasının təklif və təşkil edilməsi;
• Verilən bütün növ öhdəliklərin əvvəldən sonadək rəsmiləşdirilməsinə nəzarət etmək;
• Müqavilələrin filiallar və baş ofisdə standart arxivləşdirilməsinin təşkil edilməsi;
• Hazırlanmış müqavilələrin qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməsinin yoxlanması və bu sahədə standartların müəyyən edilməsi;
• Bankın Sahibkarlığın İnkişaf Fondu, Azərbaycan Respublikasıının İpoteka və Kredit Zəmanət Fondu (və digər qurumlar) ilə imzalanan müqavilələrdən irəli gələn qarşılıqlı tələblərin icra edilməsi;


Namizədə tələblər:

• Ali iqtisadi təhsil;

• Biznes kreditlər üzrə kredit mütəxəssisi və ya kreditlərin rəsmiləşdirilməsi üzrə arxa ofis işçisi vəzifəsində 3 il iş təcrübəsi;

• MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri;

• Türk, Rus və İngilis dil bilikləri müsbət qarşılanır;

• Kreditlərin rəsmiləşdirilməsi ilə əlaqədar müvafiq qanunvericilik biliklərinə malik olmaq (İpoteka haqqında Qanun, Mülki Məcəllə, kreditlərin verilməsi ilə əlaqədar Mərkəzi Bankın normativ aktları).

Göstərilən tələblərə cavab verən namizədlər Noyabr ayının 20-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit arxa ofis” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.


Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox