Proqramçının işi proqram tətbiqləri hazırlamaq və mövcud veb layihələri dəstəkləməkdir. Namizəd tətbiqetmənin inkişaf etdirilməsində veb texnologiyaları ilə bağlı təcrübəyə dair biliklərə malik olmalıdır.
Öhdəliklər:
- Yeni veb saytların və proqramların hazırlanması, eyni zamanda mövcud saytların və sistemlərin dəstəklənməsi üçün məsuliyyət daşıyır;
- Layihəni tam və ya böyük hissəsinin kodlaşdırılmasını yerinə yetirir;
- Proyektləri analiz edir, arxitekturasının hazırlanmasında iştirak edir;
- Eyni layihədə komanda ilə işləyərək, müxtəlif tapşırıqları icra edir.
Namizədə tələblər:
- Minimum 1 il proqramlaşdırma təcrübəsi;
- PHP - ORM, MVC, OOP haqqında biliklərə sahib olmaq, təmiz oxunaqlı obyekt yönümlü kod yazma və digər layihələrin kodlarını oxumaq və anlamaq bacarığı;
- PHP Laravel ilə sərbəst kodlaşdırma bacarığı;
- Git kod versiyasını idarəetmə sistemləri ilə işləmə təcrübəsi;
- RDBMS (MySQL) biliyi, ORM biliyi, optimal SQL query yazma bacarığı, bazanın strukturunun layihələndirilməsi;
- REST API yazma təcrübəsi və HTTP protokollarını bilmək (HTTPS, authentication, Web Hooks, API, WebSocket);
- Əla problem həll etmə, analitik düşünmə və alqoritmik bacarıqlar;
- Komanda daxili yüksək ünsiyyət bacarığı;
- Ən azından texniki ingilis dili, texniki sənədləri oxumaq və anlamaq bacarığı.
İş şərtləri:
- İş qrafiki 5 günlük, 09:00-18:00 (remote işləmək imkanı);