Layihə koordinatoru

Layihə koordinatoru

Prosper LLC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    500 - 600 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    09 may 2023

  • Bitmə tarixi

    09 iyun 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Layihə Koordinatoru vakansiyaları üçün bura keçid edin!
  • Layihənin tələblərini və gözləntilərini tam şəkildə mənimsəmək;
  • Layihə planlarının, müddətlərinin, iş saatları, büdcə və xərclərin icrası və izlənməsi;
  • Layihə çərçivəsində nəzərdə tutulan bütün işlərin vaxtında başlamasına və bitməsinə, həmçinin hər bir məqamın layihə standartlarına uyğun, keyfiyyətlə icra olunduğuna nəzarət etmək;
  • Gündəlik olaraq təlimə uyğun iştirakçıların müxtəlif prosedurlar çərçivəsində yönləndirilməsi, həmçinin təlim müddətində iştirakçıları davamiyyətinə nəzarət etmək;
  • Layihə müddətində hazırlanan bütün sənədlərin mütəmadi yoxlanılması və arxivlənməsini təmin etmək;
  • Layihənin və təlimlərin gedişatına, həmçinin daxili standartlara və prosedurlara uyğun getdiyinə nəzarət etmək;
  • Gündəlik olaraq layihənin gedişatında yaranan problemlər və layihənin nəticələri barədə tabeliyində olan rəhbərə hesabatları təqdim etmək;
  • Layihə icralarının və icra müddətlərinin sənədləşdirilməsi və nəzarətin təmin edilməsi;
  • Layihələr çərçivəsində lazım olan təqdimat materiallarının hazırlanması.
     

    Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.

    Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini hr@prosper.az elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq Layihə koordinatoru qeyd etmələri xahiş olunur.

    Qeyd: CV hazırlamaqda çətinlik çəkən şəxslər www.cvyarat.az portalında qeydiyyatdan keçərək, peşəkar CV üçün önəmli məlumatları dolduraraq CV-ni PDF formatında əldə edə bilərlər.

Namizədə tələblər:
  • Layihələrin idarəedilməsi sahəsində minimum 2 il təcrübə;
  • Təlimlərin təşkili və idarəolunması üzrə təcrübə arzuolunandır;
  • İqtisadiyyat, menecment, biznesin idarə olunması və ya digər uyğun sahələr üzrə ali təhsil;
  • Güclü təhlil, məntiq və riyazi bacarıqlar;
  • Stressə dözümlülük;
  • Vaxtın düzgün idarə edilməsi bacarıqları;
  • Azərbaycan dilində mükəmməl yazma və kommunikasiya;
  • MS Office proqramlarından (xüsusilə MS Excel) mükəmməl istifadə etmə bacarığı (sertifikatların olması üstünlükdür).

Elan #849379

  • 3222

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox