Bakı
Menecment
Razılaşma ilə
Tam-ştat
Ali
11 avqust 2020
10 sentyabr 2020
“Online Trading” MMC –nin əsas fəaliyyət istiqaməti müxtəlif internet layihələrdir. Hazırda şirkət Azərbaycanın ən böyük onlayn-hipermarketinin (Alsat.az saytının) yaradılmasını həyata keçirir. Şirkətin gələcək planlarında qlobal bazarı hədəfləyən çox böyük xidmət satışı saytının istifadəyə verilməsi və inkişaf etdirilməsi əsas yer tutur.
Vakansiya – Layihə Menecerinin Asistenti
Vəzifə öhdəlikləri
• Layihə Menecerinin tapşırıqlarını icra etmək;
• Layihə komandasının qurulması istiqamətində işlər (namizədlərlə yazışmalar, görüşlərin təşkili və s.);
• Şirkətdaxili və xarici yazışmaların aparılması və görüşlərin (iclas, toplantı və d.) təşkili;
• İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması;
• İşçilərin günlük tapşırıqlarının icrasına nəzarət;
• Həftəlik və aylıq nəticələrin demonstrasiyası;
• Daxili mini kargüzarlıq işləri.
Təkliflər
• Rəqabətli əmək haqqı (namizədlə müzakirə olunacaq)
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Bank kartı ilə əmək haqqı ödənişi
• Yüksək səviyyəli iş avadanlığı
• Metrodan 10 dəqiqəlik piyada məsafədə rahat ofis (Plaza)
• İş saatları: 09:00-dan 18:00-dək;
• Nahar fasiləsi 13:00-dan 14:00-dək;
• Təhsil: Təhsil - Ali
• Təcrübə: Minimum 1 il
• Dil bilikləri: Azərbaycan Dili – mükəmməl, İngilis və Rus dili (üstünlükdür)
• İT üzrə biliklər: MS Office proqramları.
Səriştəlilik;
• Məsuliyyətli, disiplinli, açıq fikirli
• Problem həll etmə və əməkdaşlıq bacarıqları
• Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
• Prinsip və dəyərlərə sadiqlik
• Prosedur və qaydalara riayət etmək
• Operativlik və icra etmək bacarığı
• İşçi heyəti ilə işləmək bacarığı
• Təşəbbüskarlıq, planlı düşüncə
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@onlinetrading.az elektron ünvanına mövzu yerinə “Layihə Menecerinin Asistenti” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.