Qırmızı Ürəklər Fondunun layihələrinin idarə edilməsində cavabdeh olacaq aktiv və ünsiyyət bacarıqları yüksək olan Layihələrin idarə edilməsi üzrə təcrübəçi axtarırıq.
Bizimlə Işləməyin Üstünlükləri:
- Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
- Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.
- Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
- Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
- Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
- Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
Öhdəliklər:
- Vətəndaş cəmiyyəti sahəsində (QHT-lər) layihələri idarə etmək;
- Layihənin gedişatına nəzarət;
- İcrada olan layihələr üzrə hesabatlığın təmin edilməsi;
- Layihə sənədlərinin müvafiq tələblərə uyğun olmasını və layihənin gedişatına müsbət təsirinin təmin edilməsi;
- Menecer tərəfindən verilən tapşırıqların və vəzifə öhdəliklərinin deadline-lara uyğun olaraq yerinə yetirilməsi.
- Yeni layihələri araşdırmaq və bu istiqamətdə ideyalar vermək;
Tələblər:
- Ali təhsil;
- Şəxsi və peşəkar inkişafa yönümlü;
- Analitik və kreativ düşüncə tərzi;
- Strateji düşünmə qabiliyyəti və təşəbbüskarlıq;
- Komanda şəklində işləmə və effektiv ünsiyyət bacarığı;
- Nəticəyönümlülük və punktuallıq;
- Məqsədyönlü, məsuliyyətli, detallara qarşı diqqətli;
- Dil Bilikləri: Azərbaycan dili (sərbəst), (İngilis dili və rus dili arzu olunandır);
- Kompüter Bilikləri: Microsoft Office (Excel, Power Point, Wordl);
- Tam iş günü təcrübədə iştirak edə biləcək namizədlər.