Layihələrin idarəedilməsi üzrə Menecer

Layihələrin idarəedilməsi üzrə Menecer

Gravity Inc. MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    1500 - 2000 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    30 iyun 2022

  • Bitmə tarixi

    30 iyul 2022

Diqqət!

Bu elanın vaxtı bitib. Layihə rəhbəri vakansiyaları üçün bura keçid edin!

Vəzifə Öhdəlikləri:

  • Komanda üzvlərinin vəzifələrini, rollarını və funksiyalarını müəyyənləşdirmək;
  • Komandanın vəzifələrini effektiv şəkildə yerinə yetirmələrini təmin etmək üçün komanda üzvlərinə nəzarət etmək, həmçinin daxili və xarici amillərlə bağlı aydın məlumat və təlimat vermək;
  • Layihənin icra planının və prosesinin planlaşdırılması, icrası və monitorinqi;
  • Tələb olunan və lazımi sənədlərin hazırlanması, təqdim olunması, hesabatların və digər sənədləşmə işlərinin icra olunması;
  • Gündəlik, həftəlik, aylıq iş planının qurulması və monitorinqi;
  • Layihənin icrası zamanı resurs əksiklikləri haqqında informasiyaların toplanması və təqdim edilməsi;
  • Layihənin uğurla icra olunması və tamamlanması üçün digər lazımi bütün işlərin görülməsi və nəzarəti.

Namizədə tələblər:

Namizəddən Tələblər:

  • Layihələrin idarəedilməsi sahəsində təcrübə (layihələrin portfoliosu);
  • Layihələrin idarəedilməsi sahəsində Scrum org, PMP, PMI və ya İPMA tərəfindən təqdim edilən sertifikat və ya diplom (mütləqdir);
  • Layihələrin idarəedilməsi sahəsində biliklər (PMI, İPMA, Prince 2);
  • İqtisadiyyat, menecment, biznesin idarə olunması və ya digər uyğun sahələr üzrə ali təhsil (Bakalavr və magistr dərəcəsi)
  • Biznesin inkişafı, sahibkarlıq, biznesin idarə olunması, satış, marketinq və oxşar sahələrdə məlumatlılıq;
  • Güclü təhlil, məntiq və riyazi bacarıqlar;
  • Layihələrin idarəetmə və təqdimat bacarığının olması;
  • Analitik düşünmə və problemləri həlletmə qabiliyyəti;
  • Komandada və fərdi şəkildə işləmək bacarığı;
  • İngilis və rus dillərini mükəmməl bilmək üstünlükdür;
  • Microsoft Word, Excel və Powerpoint proqramları ilə səlis işləmə bacarığı (sertifikatların olması üstünlükdür).

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.

Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.

Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini hr@gravityinc.az elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Layihələrin idarəedilməsi üzrə Menecer” qeyd etmələri xahiş olunur.

Elan #845638

  • 3137

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox