Layihənin Texniki Rəhbəri

Layihənin Texniki Rəhbəri

PASHA Bank

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Layihənin Texniki Rəhbəri vakansiyaları üçün bura daxil olun.

Elan № 15087

Layihənin Texniki Rəhbəri vakansiyaları

Layihənin Texniki Rəhbəri vakansiyaları

02 Oktyabr 2023

Elan tarixi

01 Noyabr 2023

Bitmə tarixi

8336

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Tam-ştat

İş rejimi

Texnologiya

Sahə

Digər

Kateqoriya

İş barədə məlumat

İşiniz nədən ibarətdir?

  • CRM sisteminin idarə edilməsi: CRM sisteminin yaradılması, sazlanması və yenilənməsinə rəhbərlik etmək;
  • CRM sisteminin data bazasının daxilində məlumatların düzgün və dəqiq olmasını təmin etmək;
  • CRM sisteminin digər proqramlaşdırma vasitələri və sistemləri ilə birləşdirilməsi əməliyyatlarını həyata keçirmək və idarə etmək;
  • Komandaya rəhbərlik: CRM sisteminin proqramçıları, administratorları və analitikləri komandasına nəzarət, rəhbərlik etmək və təlimat vermək. Layihənin uğur qazanmasını təmin etmək üçün komandaya tapşırıqlar vermək, onun qarşısına məqsədlər qoymaq və bunların yerinə yetirilməsi üçün əldə olunan irəliləyişi yoxlamaq;
  • Strategiya və planlaşdırma: təşkilatın məqsədlərinə uyğunlaşdırılmış CRM strategiyalarını müəyyən etmək üçün bu biznesə maraq göstərən şəxslərlə əməkdaşlıq etmək. CRM sisteminin tətbiq edilməsi və təkmilləşdirilməsi planlarının üzərində işləyib hazırlamaq və yerinə yetirmək;
  • Texniki dəstək: bilavasitə istifadəçilərə texniki dəstək vermək və CRM sisteminə aid olan məsələləri dərhal həll etmək. CRM sistemi daxilində texniki problemləri aşkarlamaq və aradan qaldırmaq;
  • Hesabatvermə və analitika: CRM sisteminin nəticələrini və əsas göstəricilərini izləmək üçün məlumat pəncərələrini, hesabatlarını yaratmaq və yeniləmək. Müvafiq nəticələr çıxarmaq və data əsaslı tövsiyələr vermək üçün məlumatları təhlil etmək;
  • Təhlükəsizlik və normalara riayət: CRM sisteminin məlumat məxfiliyinin qorunması qaydalarına və təhlükəsizlik standartlarına uyğun gəlməsini təmin etmək; Müştəri məlumatlarını qorumaq üçün təhlükəsizlik tədbirləri görmək;
  • Təlim və sənədləşdirmə: təlim materiallarını işləyib hazırlamaq və CRM sisteminin istifadəçiləri üçün təlim məşğələləri keçirmək. CRM sisteminin proseslərinin və konfiqurasiyalarının sənədləşdirilməsini həyata keçirmək;
  • Təchizatçıların idarə olunması: lazım olduqda CRM sistemlərini təchiz edən və üçüncü tərəf qismində çıxış edən şirkətlərlə əməkdaşlıq etmək. Təchizatçılarla münasibətləri və müqavilələri idarə etmək;
  • Davamlı təkmilləşmə: CRM sisteminin təkmilləşdirilməsi və optimallaşdırılması üçün mövcud imkanları müəyyən etmək. CRM texnologiyasının tendensiyaları haqqında daim xəbərdar olmaq və müvafiq təkmilləşdirmələri / düzəlişləri təklif etmək.

Tələblər

Sizdən nə tələb olunur?

  • Texniki ixtisas tələbləri: CRM sistemləri və əlaqəli texnologiyalar haqqında geniş təsəvvürə malik olmaq. Proqramlaşdırma dilləri (məsələn, “Java”, “Golang”) və məlumat bazasının idarə olunması haqqında yüksək səviyyəli bilik və bacarıqlara malik olmaq. CRM sistemini digər sistemlərə inteqrasiya etmək üçün əlaqəli alətlərlə tanış olmaq;
  • CRM haqqında ekspert biliyi: CRM üzrə uğurlu iş üsulları və bu sahənin trendləri haqqında dərin biliyə malik olmaq. CRM sisteminin sazlanması, onun quruluşunun tərtib edilməsi və idarə edilməsi üzrə iş təcrübəsinə malik olmaq. CRM sistemi daxilində texniki problemləri aşkarlamaq və aradan qaldırmaq bacarığına malik olmaq;
  • Rəhbərlik bacarıqları: yüksək rəhbərlik və komanda idarəetməsi bacarıqlarına malik olmaq. CRM proqramçıları və administratorları komandasına rəhbərlik etmək və təlimat vermək bacarığına malik olmaq. Müxtəlif profilli komandalarla bir yerdə işləmək üçün səmərəli ünsiyyət və əməkdaşlıq bacarıqlarına malik olmaq;
  • Layihə idarəetməsi: layihə idarəetməsi, o cümlədən CRM-ə aid olan layihələrin planlaşdırılması, rəsmiləşdirilməsi və həyata keçirilməsi sahəsində iş təcrübəsinə malik olmaq. Layihə idarəetməsi vasitələri və metodologiyaları (məsələn, “Agile”, “Scrum”) haqqında yüksək səviyyəli bilik və bacarıqlar;
  • Analitik bacarıqlar: məlumatlara əsaslanan qərarlar qəbul etmək və CRM sistemini optimallaşdırmaq üçün məlumatları və metrikləri təhlil etmək bacarığına malik olmaq; Data əsaslı marketinq və satış strategiyalarını başa düşmək;
  • İşgüzarlıq bacarıqları: təşkilatın biznes prosesləri, məqsədləri və müştəri tələbatları haqqında biliyə malik olmaq. CRM strategiyalarını ümumi biznes strategiyasına uyğunlaşdırma bacarığına malik olmaq;
  • Təhlükəsizlik və normalara riayət: məlumat təhlükəsizliyi və normalarına riayət tələbləri haqqında təsəvvürə malik olmaq. Müştəri məlumatlarını qorumaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirmək bacarığına malik olmaq;
  • Davamlı təlim: CRM texnologiyasının təkmilləşmələri və bu sahədə ən uğurlu iş üsulları haqqında ən yeni məlumatlardan xəbərdar olmaq öhdəliyini öz üzərinə götürmək; Ehtiyac olduğu zaman müvafiq sertifikatlaşdırmaları (məsələn, “Salesforce Administrator”, “Microsoft Certified: Dynamics 365”) əldə etmək.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 15087

Layihənin Texniki Rəhbəri vakansiyaları

Layihənin Texniki Rəhbəri vakansiyaları

02 Oktyabr 2023

Elan tarixi

01 Noyabr 2023

Bitmə tarixi

8336

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"