Mağaza menecerinin köməkçisi

Mağaza menecerinin köməkçisi

Sinteks MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Menecment

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    22 oktyabr 2020

  • Bitmə tarixi

    21 noyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Mağaza meneceri vakansiyaları üçün bura keçid edin!

1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.

SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.

Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Mağaza menecerinin köməkçisi tələb olunur.

İşin rolu:

İşin əsas rolu satışın təşkil edilməsinə və mağazanın idarə edilməsinə dəstək göstərməkdir.

Vəzifə öhdəlikləri:

• Malların çeşidini effektiv seçmək, sifarişi vaxtında yerləşdirməsini və gətirilməsini təmin etmək
• Müştəri bazasının artmasını və keyfiyyətinə dəstək vermək
• Satış zamanı yüksək müştəri xidmətini təmin etmək, əlaqələr qurmaq, yaranan problemləri həll etmək və satışın təşkilinə dəstək göstərmək
• Zəruri hallarda menecerin vəzifələrini tam icra etmək
• Vitrinləri, qablaşdırma aksessuarlarını və reklam materiallarının vaxtında yenilənməsini təmin etmək və vizual ticarətin prinsiplərinin tətbiqi üzrə müvafiq işlərin aparılmasını təmin etmək
• Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin etmək, talama təhlükəsi olduğu halda birbaşa rəhbərini yazılı (e-mail) məlumatlandırmaq
• Zəruri hesabatları təqdim etmək

Namizədə tələblər:

Əsas tələblər:

İxtisas / Təhsil:

• Ali təhsil
• İdarəetmə və ya Ticarətdə professional səriştə arzuolunandır

Təcrübə:

• Pərakəndə satış sahəsində ən az 3 il iş təcrübəsi

Bilik və bacarıqlar:

• Azərbaycan və Rus dillərini mükəmməl, İngilis dilini orta səviyyədə bilmək
• MS Office Proqramlarını mükəmməl bilmək

Kompetensiyalar:

• İşgüzar Ünsiyyət
• Müştəri Xidməti
• Satış Texnikası
• Zamanın İdarəolunması
• Problem həlli
• Uyğunlaşma
• Dəqiqlik
• Stress Müqaviməti

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment.sales@sinteks.com e-mailına, mövzu hissəsində “Mağaza menecerinin köməkçisi” qeyd edib göndərilməsi xahiş olunur.

Elan #840326

  • 1564

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox