Diqqət! Bu elanın vaxtı bitib. Direktor vakansiyaları üçün bura daxil olun.
Elan № 18841
Direktor vakansiyaları
Direktor vakansiyaları
18 İyul
Elan tarixi
27 Avqust
Bitmə tarixi
602
Baxılıb
İş məlumatları
İş barədə məlumat
Direktor
İşin təsviri
Namizədə dair tələblər:
- Bu vakansiya, korporativ idarəetmə qaydalarının və ya siyasətinin məzmunu və onların tətbiqi prosesini bilən, cəsarətli, məsuliyyətli, bacarıqlı, səlis nitq qabilliyyətinə malik, yüksək analitik düşüncə və problemləri həll etmə bacarığı olan (xüsusən baş mühasib və ya maliyyə müdir vəzifəsində çalışmış) şəxslər üçündür;
- Şirkətin əsas hədəfi, ənənəvi yanaşmalara malik olmayan, köhnəlmiş metodlardan tamamən uzaq, güclü şəxsi keyfiyyətlərə və müasir dünya görüşünə malik, Açıq fikirli, liderlik qabiliyyəti yüksək, çevik, kritik (tənqidi) düşüncə kimi dəyərlərə önəm verən, kreativ şəxslərin işə cəlb olunmasıdır.
- Direktordan (həmçinin şirkətin rəsmi partniyoru ola biləcək şəxsdən) əsas gözləntilər, uzun illərdən bəri Azərbaycan bazarında mövcud olan və uğurla fəaliyyət göstərən konsaltinq şirkətinin inkişafının təmin edilməsi məqsədi ilə, yenilikçi, marketinq və satış texnikalarını bilən, şirkətin inkişafına mühüm tövhə verə biləcək rəhbərin işə cəlb olunmasıdır.
- Şirkətin strategiyasının hazırlanmasına, həyata keçirilməsinə, Şirkətin maliyyə dayanıqlığının təmin edilməsinə və icrasına rəhbərlik etmək. Şirkətin böyüməsi və müştəri bazasının artırlması üçün bütün zəruri tədbirləri görümək.
- Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən milli və Beynəlxalq Mühasibat Uçotu Standartlarını, həmçinin Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını yüksək səviyyədə bilməli;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin etmək.
- Şirkətin rəqabətə dayanıqlı satış, marketinq strategiyasının formalaşması və icrasına rəhbərlik etmək bacarığı;
- 20 nəfərdən çox işçi heyətinin idarə edilməsi bacarığı;
- Maliyyə resurslarının düzgün idarə edilməsi ilə yanaşı maliyyə mexanizmlərinin yaradılmasına dəstək olmaq və onların düzgün tətbiqi üzrə hesabatlılıq sisteminin qurulmasına rəhbərlik etmək bacarığı;
- Ünsiyyət qurmaq, həmçinin güclü araşdırma və təşkilatçılıq bacarığı;
- Daxilən motivasiyalı olmaq və komandanı motivasiya edə bilmə bacarığı;
- Maliyyə, kadr, satınalma, istehsal, satış və s proseslərin proqram təminatı vasitəsilə uçotunu və planlaşdırılmasını təmin etmək bacarığı;
- Böhran və risk idarəetmə mexanizmlərinin qurulmasına rəhbərlik etmək bacarığı;
- İnsan resurslarının strateji idarəedilməsi
- Müəssisənin ixtisaslı kadrlarla təmin edilməsi, Müəssisənin fəaliyyətinin dərin analizi, mövcud problemlərin aradan qaldırılması, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi;
- Müəssisədə səmərəliliyin, işin keyfiyyətinin artırılması proseslərinə nəzarət etmək.
- İdarə Heyətinə şirkətin fəaliyyəti barədə (həftəlik, aylıq və illik hesabatlar) təqdim etmək.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Cins: Bəy namizədlər arzuolunandır
- Yaş həddi: 27 – 42;
- Təhsil: Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsi üzrə Ali təhsil (maqistr dərəcəsi və PMS sertifikatı olan namizədlərə üstünlük verilir)
- Peşəkarlıq səviyyəsi nəzərə alınaraq namizədə, şirkət ofisində müxtəlif təlimlər keçməklə əlavə gəlir əldə etmək şəraiti yaradıla bilər.
- İş təcrübəsi: ümumi olaraq 7 ildən yuxarı, rəhbər olaraq isə 3 ildən yuxarı iş təcrübəsi;
- MS office və yüksək səviyyədə 1 C 8.3 proqramı biliyi;
- Dil bilikləri: Azərbaycan və Rus dilində mükəmməl danışıq və yazı qabiliyyəti ( İngilis dili biliyi olan namizədlərə üstünlük verilir)
- Kompüter biliklərə: MS Office proqramlarını yüksək səviyyədə bilməli,;
- Güclü ünsiyyət və təqdimat bacarıqları.
- Güclü analitik bacarıqlar və biznes analizi qabiliyyəti;
- Yüksək idarəetmə qabiliyyətləri, məsuliyyətli, təşkilatçılıq, müstəqil işləmək bacarığı.
İş şəraiti:
İş yeri: Bakı Şəhəri,Nərimanov rayonu, Heydər Əliyev Mərkəzinin yanı.
İş rejimi: 5 günlük;
Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir. (1500 azn fix əmək haqqı və yüksək bonuslar)
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
OXŞar vakansİYALAR
Aparıcı Mühasib
Best Brands Group
Mühasib köməkçisi
Baby Safety
Ведущий Бухгалтер по Налогам
Restaurants by Emin Agalarov
Aparıcı Mühasib
"Private Facility Management" MMC
Mühasib
"Private Facility Management" MMC
Ведущий Бухгалтер по Налогам
Restaurants by Emin Agalarov
1C operator - Olivia (beauty and care)
Kontakt Home
Ведущий Бухгалтер по Налогам
Restaurants by Emin Agalarov
Daxili mühasibatlıq şöbəsinin mütəxəssisi /aparıcı mütəxəssisi /baş mütəxəssisi
ABB
PL/TMM və Komplayens departamentində Təcrübə proqramı
Bank Respublika ASC
Kart Biznesi Departamenti, Plastik kart əməliyyatları üzrə Menecer
Yelo Bank
Daxili Nəzarət İdarəsinin Kredit əməliyyatlarına nəzarət şöbəsinin mütəxəssisi
Xalq Bank
Korporativ bankçılıq departamentində əməliyyat xidmətləri üzrə mütəxəssis
Yelo Bank
Hesablaşma-ödəniş əməliyyatlarının müşayiəti şöbəsinin mütəxəssisi
VTB Bank
Kart biznesi istiqamətinin Mütəxəssisi
Unibank ASC
Tovuz filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis
Bank Respublika ASC
Elan № 18841
Direktor vakansiyaları
Direktor vakansiyaları
18 İyul
Elan tarixi
27 Avqust
Bitmə tarixi
602
Baxılıb