Görəcəyiniz işlər:
- Bir çox mənbədən məlumatların toplanılması;
- Müxtəlif həcmdə strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatların təhlili, emalı, modelləşdirilməsi;
- Maliyyə hesabatlarının təkmilləşdirilməsi üçün yeni modellərin hazırlanması;
- Müxtəlif maliyyə modellərin təhlil edilməsi və mövcud modellərin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
- Model performansının nəticələrinin vizuallaşdırılması və təhlili;
- Prosesləri təkmilləşdirmək üçün maşın öyrənmə modellərinin hazırlanması və tətbiqi;
- Müxtəlif vizuallaşdırılma üsullarından istifadə edərək məlumatların təqdim edilməsi;
- Modelləri əsas maraqlı tərəflərə təqdim edilməsi, anlaşılan və sadə yollarla izah edilməsi.
Bizim üçün uyğun namizəd:
- Statistika, riyaziyyat, kompüter elmləri, data science, machine learning və ya əlaqəli sahələrdə magistr və ya bakalavr dərəcəsinə;
- Riyaziyyat, statistika və alqoritmlər üzrə dərin biliklərə;
- Python üzrə sübut olunmuş təcrübə və inamlı biliklərə;
- Əsas kitabxanalardan istifadə edərək ML sistemlərinin inkişaf etdirmə təcrübəsinə;
- Əsas ML alqoritmlərini başa düşmək bacarığına;
- Məlumatların ölçülərini təhlil etmək və hesablamaq təcrübəsinə;
- Mürəkkəb sistemləri və texniki terminləri texniki olmayan insanlar üçün aydın, qısa şəkildə izah etmək və uyğunlaşdırmaq bacarığına;
- Texniki materialları oxumaq səviyyəsində ingilis dili biliklərinə;
- Mövcud məlumatları, cədvəlləri, sorğuları, hesabatları induktiv və analitik təhlil bacarığına;
- Analitik qabiliyyət və məntiqi təfəkkür bacarığına;
- Yaradıcılıq, innovasiya, problemləri həll etmə və qərar vermə bacarığına;
- Əlaqəli sahədə minimum 2 il peşəkar təcrübəsinə;
- Məlumatların təhlili və proqramlaşdırma dilləri üzrə minimum 2 il peşəkar təcrübəsinə;
- Uyğun sahə üzrə sertifikatın olması və orta səviyyədə rus və ingilis dili üzrə biliklərə sahib olan şəxsdir.