Maliyyə meneceri

Maliyyə meneceri

Garabag Resort & SPA
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Maliyyə analiz

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    06 yanvar 2023

  • Bitmə tarixi

    05 fevral 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Maliyyə mütəxəssisi vakansiyaları üçün bura keçid edin!
  • Mühasibatlıq şöbəsini idarə etmək və öz tabeliyində olan bütün mühasibatlıq əməkdaşlarının vəzifə və öhdəlikləri haqqında ətraflı məlumatlara malik olmaq.
  • Şirkətin mаliyyə hеsаbаtının tərtib еdilməsi və fəаliyyətinin mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və аnаlizi.
  • Bütün aylıq hesabatların müəyyən edilmiş son tarixlərə qədər işlənib hazırlanmasını təmin etmək üçün Mühasibatlıq şöbəsinin işçilərinin mütəşəkkil şəkildə işləmələrini təmin etmək.
  • Mühasibatlıq sistemləri, siyasət və prosedurlar, habelə otel üçün müəyyən edilmiş yerli siyasətlər ilə yaxından tanış olmaq.
  • Otel çərçivəsində bütün maliyyə əməliyyatları üçün müşayiətedici sənədləri və həyata keçirilmiş bütün daxili nəzarət tədbirlərini davamlı şəkildə yoxlamaqla, bu siyasət və prosedurlara riayət olunduğunu təmin etmək.
  • Bütün bank hesabları və baş mühasibatlıq kitabının aktiv və passiv hesabları üçün yoxlama aktları hazırlamaq və aparmaq və bunları hər ay bütün müşayiətedici sənədlər ilə birlikdə yoxlamaq üçün Maliyyə Nəzarətçisinə təqdim etmək.
  • Maliyyə Nəzarətçisinə büdcə və proqnozların hazırlanmasında kömək etmək və şöbə rəhbərlərinə öz xərcləri və büdcə tələblərini analiz etmək üçün yardımçı olmaq.
  • Dövlət qurumları tərəfindən tələb edilən bütün ödənişlər və ya sənədlərin, məs. ƏDV və ya əmək haqqı fondundan vergilərin düzgün olmasını və vaxtlı-vaxtında təqdim edilməsini təmin etmək.
  • Mənfəətin illik, rüblük planlarının və rentabellik göstəricilərinin müəyyən edilməsi.
  • Bütün maliyyə qaydalarının və standartlarının tətbiq edilən qrup standartlarına  uyğunlaşdırılması və tətbiq edilməsi.
  • Ayın bağlanması prosesi və konsolidə olunmuş maliyyə hesabatlarına daxil olan aylıq maliyyə hesabatlarının hazırlanmasına nəzarət.
  • Müəssisəyə aid balanslara maliyyə nəzarəti və yoxlanışların edilməsi.
  • Faktiki maliyyə nəticələrinin büdcəyə görə təhlili.
  • Vergi qaydalarının uyğunluğunu təmin etmək.
  • Qrup tərəfindən tövsiyə olunan müəssisəyə resurs planlaması (ERP) və hesabat mexanizmlərinin tətbiqində fəal iştirak etmək.
Namizədə tələblər:
  • Müvafiq sahə üzrə ali və ya magistr təhsili 
  • Maliyyə meneceri vəzifəsində iş təcrübəsi
  • Rus dili
  • İngilis dili

İş şərtləri:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş qrafiki həftənin 5 günü
  • İş saatı: Əməliyyatlara uyğun 8 saatlıq iş rejimi,
  • Şirkət hesabına ayda 2-3 dəfə Bakı şəhərinə gediş gəliş.

Təminatlar:

  • Qalmaq üçün yer və qidalanma otel tərəfindən təmin olunur.
  • Tibbi sığorta (Özü və ailə üzvləri, Sınaq müddəti bitdikdən sonra)
  • Sim nömrə və mobil telefon

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox