Maliyyə monitorinqi üzrə mütəxəssis

Maliyyə monitorinqi üzrə mütəxəssis

SUPERFON
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Maliyyə analiz

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    27 avqust 2021

  • Bitmə tarixi

    26 sentyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Monitorinq üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Vəzifə: Maliyyə monitorinqi üzrə mütəxəssis 

Vəzifə öhdəlikləri:

- Filialların borc portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək;

- Filiallarda verilmiş debitor borcları monitorinq etmək və monitorinq olunan borcların keyfiyyətini qiymətləndirmək;

- Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda şirkətin daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;

- Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;

- Ehtiyac yarandığı halda mövcud müştərilərin növbədən kənar monitorinqini keçirmək.

Təminatlar:

• Nahar ilə təmin edilmə;

• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;

• Korporativ mobil nömrə;

Haqqımızda: 

2008-ci ildə yaradılmış SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın bütün şəhər və regionlarında topdan və pərakəndə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək istəyirsinizsə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Namizədə tələblər:

- İqtisadi, maliyyə, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil;

- Analitik təhlil və riyazi hesablamalar apara bilməyi bacarmalıdır;

- MS Office proqramlarını (xüsusi ilə də MS Excel) normal səviyyədə bilməlidir;

- Dəqiq, diqqətli və məsuliyyətli olmalıdır;

- İşgüzar ünsiyyət və danışıqlar aparılmasını bacarmalıdır;

- Şəxsi avtomobilin olması vacibdir.

Müraciət qaydaları:

CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ HJ Maliyyə monitorinqi üzrə mütəxəssi" yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar. Son müraciət tarixi 26.09.2021

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox