Maliyyə riski üzrə baş/aparıcı mütəxəssis

Maliyyə riski üzrə baş/aparıcı mütəxəssis

AccessBank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Maliyyə analiz

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    15 dekabr 2022

  • Bitmə tarixi

    14 yanvar 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Risklərin idarə edilməsi üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

·        Kredit risklərinin təhlili, icrası və hesabatlığının aparılması;

·        Kredit riski çərçivəsinin və siyasətlərinin inkişafı və təkmilləşdirilməsi;

·        Kredit portfelinin fəaliyyəti üzrə Əsas Risk Göstəricilərinin müəyyən edilməsi;

·        Rəhbərlik üçün gündəlik, aylıq və rüblük portfel təhlilinin hazırlanması;

·        Bankın yeni məhsulları/limitləri və xidmətlərinin kredit risklərinə məruz qalma ehtimalının təhlili və onların minimuma endirilməsi və idarə olunması üçün təkliflərin verilməsi;

·        Skorinq və reytinq modellərinin qurulmasında və tətbiqində iştirak;

·        Portfellər üzrə stress ssenarilərini müəyyən etmək və kapital ehtiyatlarının bölüşdürülməsində stress test nəticələrinin necə tətbiq edilməsinə dair təkliflərin verilməsi;

·        Vaxtaşırı makroiqtisadi təhlillərin aparılması.

Namizədə tələblər:

·        Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;

·        Kredit və/və ya bazar riskləri, modelləşdirmə, aktiv və passivlərin idarə edilməsi, xəzinədarlıq və ya korporativ maliyyə funksiyası üzrə minimum 3 il iş təcrübəsi;

·        Kredit vermə prosesi barədə məlumatlı olmaq (xüsusilə pərakəndə və mikro seqmentlərdə);

·        Analitik bacarıqlar və məntiqi nəticələr əldə etmək üçün verilənlər bazasını təhlil etmək bacarığı;

·        Müxtəlif məqsədlər üçün təhlil hazırlamaq və təqdim etmək bacarığı;

·        Skorinq və reytinq modeli üzrə biliklərin olması üstünlükdür;

·        Python və ya R dillərində proqramlaşdırma bacarığı üstünlükdür;

·        Azərbaycan və ingilis dillərini bilmək.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox