Maliyyə üzrə koordinator

Maliyyə üzrə koordinator

Zeytun Pharmaceuticals
  • Şəhər

    Şirvan

  • Kateqoriya

    Maliyyə analiz

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    18 dekabr 2020

  • Bitmə tarixi

    17 yanvar 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Maliyyə mütəxəssisi vakansiyaları üçün bura keçid edin!
  •  Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa, Mərkəzi Bankın təlimatlarına, Vergi Məcəlləsinə və şirkətdaxili proseduralara əsasən filial daxilində maliyyə və mühasibat uçotunun təşkil edilməsi;
  • Filial müdiri ilə koordinasiyalı olaraq, pul vəsaitlərinin hərəkətinin idarə edilməsi;
  • Filial üzrə maliyyə və mühasibat uçotunun aparılması, o cümlədən maliyyə təhlili üzrə filialın göstəricilərinin hesablanması, proqnoz və idarəetmə hesabatlarının hazırlanması;
  • Müəyyən olunmuş prosedur-qaydalara əsasən gündəlik əməliyyatlarla bağlı maliyyə sənədlərini tərtib edilməsi;
  •  Filial üzrə maliyyə və statistik hesabatların tərtib edilməsi və müəyyən olunmuş qaydada baş ofisə təqdim edilməsi;
  • Əsas vəsaitlərin və inventarların hərəkəti haqqında hesabatların hazırlanması və əsas vəsaitlər üzrə inventarizasiyanın həyata keçirilməsinin təmin edilməsi;
  • Rəhbərinin tələbi ilə gördüyü işlər haqqında hesabatın hazırlanması;
Namizədə tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti, 1C üzrə biliklər;
  • Stressə davamlılıq, komanda şəklində işləmək bacarığı, obyektiv qərar vermək qabliyyəti;
  • Azərbaycan dili, Rus dili bilikləri üzrə biliklər;
  

İş şəraiti:

  • İş yeri – “Zeytun Pharmaceuticals” MMC-nin Şirvan filialı (Ünvan: Şirvan şəh., H.Əliyev pr.,416);
  • 6/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 16:30-dək ;
  • Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi  hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz  və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox