Bakı
Maliyyə analiz
Razılaşma ilə
Tam-ştat
Ali
10 sentyabr 2021
10 oktyabr 2021
“Market Risk Specialist”
“PAŞA Bank” ASC olaraq “Market Risk Specialist” (Bazar Riskləri üzrə Mütəxəssis) kimi Sizi komandamıza dəvət edirik.
Bizimlə Siz əldə edəcəksiniz:
• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu
İşiniz nədən ibarətdir?
• Bankın bazar və likvidlik risklərinin idarə edilməsinin daxili siyasət və prosedurları barəsində məlumatların əldə olunması;
• Maliyyə alətlərinin IFRS 13 standartlarına əsasən qiymətləndirilməsi;
• IFRS 9 standartlarına uyğun ehtiyatların ayrılması;
• Bazar/Likvidlik Risk məlumatlarının təhlili və hesabatının aparılması;
• Stress-testlərin keçirilməsi;
• Makroiqtisadi təhlil;
• Riskə məruz dəyər, gözlənilən çatışmazlıq, durasiya, həssaslıq təhlili kimi alətlər ilə bazar riskinin ölçülməsi;
• LCR və NSFR kimi alətlər ilə likvidlik riskinin ölçülməsi;
• Bankın Faiz Riskinin İdarə Edilməsi (IRRBB);
• Bank kapitalının idarə edilməsi.
Sizdən nə tələb olunur?
• Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahədə Bakalavr dərəcəsi
• İş təcrübəsi: Bazar riskləri və ya digər müvafiq sahədə minimum 1 il iş təcrübəsi
• Lisenziya / Sertifikat: FRM, PRM, CQF, CFA kimi sertifikatlar
• Xarici dillər: İngilis
• Kompüter bilikləri: Microsoft Office; proqramlaşdırma dilləri (R, VBA, SQL, PYTHON, MATLAB)
• Digər: Maliyyə məhsulları və maliyyə bazarları haqqında bilik
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi recruitment@pashabank.az ünvanına 23.09.2021 tarixinədək başlıqda ““Hellojob Market Risk Specialist” (Bazar Riskləri üzrə Mütəxəssis)” qeyd edərək göndərməyiniz xahiş olunur.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.