Marketinq meneceri

Marketinq meneceri

Embawood
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Marketinq menecment

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    23 avqust 2020

  • Bitmə tarixi

    22 sentyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Marketinq mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 24 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.

Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

Vəzifə adı: Marketinq meneceri

Iş qrafiki : 5 günlük / 09:00 – 18:00

İş yeri: Bakı, Azərbaycan


Işin təsviri :

- Yeni müştərilərin analizi və potensial müştəri bazasının yaradılması
- Son istehlakçı rəyləri ilə bağlı hesabatların hazırlanması
- Müştəri məmnuniyyətinin ölçülməsi, müvafiq hesabatların hazırlanması
- Müştərilərdən problem və təkliflərin yığılması və bunların təhlil edilməsi
- Müştəri tələblərini müəyyənləşdirilməsi, onların şikayətlərinə baxılması, müştəri məmnunluğunu yüksək tutmaq üzrə tədbirlər görülməsi
- İstehlakçı tələblərinin araşdırılmasını təmin etməklə yeni məhsulun xarakteristikasını və dizaynını müəyyənləşdirilməsi
- Yeni məhsul və xidmətlərin öyrənilməsi və işçilərə öyrədilməsi
- Bazarın, rəqiblərin təhlilini aparıb, SWOT analizlərin keçirilməsini təmin edərək rəhbərliyə hesabatlar təqdim edilməsi
- Şirkətin satış strategiyasının formalaşdırılması və inkişafı
- Gündəlik və aylıq satışa nəzarətin həyata keçirilməsi
- Çox tələb olunan məhsul və modellərin ehtiyat stokunu müəyyən edir və anbarlarda saxlanılmasını təmin edir,
- Növbəti aylar üçün satış proqnozunun müəyyən edilməsi
- Satış sonrası xidmət mütəxəssisi vasitəsi ilə vitrin sifarişlərinin nəzarəti, vitrindəki məhsulların satışını və vəziyyətini nəzarətdə saxlayır

Namizədə tələblər:

- Müvafiq sahədə ali təhsil
- Azərbaycan, Rus və İngilis dillərini mükəmməl səviyyədə bilməli
- Marketinq sahəsində ən azı 5 il iş təcrübəsi
- Marketinqin və satışın əsasları və təşkili üzrə əsas metod və vasitələri bilməli
- Marketinq strategiya və planların hazırlanması metodologiyasını, bazarda mövqeləşmə və seqmentasiya üsullarını bilməli
- Heyətin idarəolunması qayda və normalarını bilməli

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “ Marketinq meneceri ” qeyd edib bu ünvana göndərəsiniz. career@embawood.com

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox