“PARABOKT” ASC Marketinq mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifələr:
- Şirkətin marketinq strategiyasını və siyasətini həyata keçirmək;
- Partnyor şirkətlərin nümayəndələri, kreativ agentliklər ilə danışıqlar aparmaq;
- TV, radio, rəqəmsal, çöl və s. ənənəvi və rəqəmsal reklamların yerləşdirilməsi, effektivliyinin ölçülməsi və nəticəsinin analizi;
- Kütləvi informasiya vasitələrində press-relizlərin yerləşdirilməsi, media ilə əlaqələrin aparılması;
- PR layihələrin hazırlanması və icrası;
- Effektiv marketinq kampaniyaları hazırlamaq, təqdim etmək, nəticələrini analiz etmək;
- Şirkətin korporativ stil və brendbukuna uyğun olaraq dizayn vizuallarının yaradılmasına birbaşa nəzarət etmək;
Namizədə tələblər:
- Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
- Ali təhsil (marketinq, iqtisadiyyat, biznesin idarə edilməsi və ya oxşar ixtisasları üzrə)
- Mükəmməl Azərbaycan dili, (ingilis dili arzuolunandır)
- Komanda ilə işləmək bacarığı, müştəri yönümlü, nəticə yönümlü, davamlı təkmilləşmə
- MS Office proqramlarında işləmək bacarığı;
- Marketinqin əsasları, kreativ yanaşma, analiz və təhliletmə
- Yaş həddi 22-32 yaş
- Ə/h: 600-900 AZN
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Marketinq mütəxəssisi” başlığI ilə vakansiya@parabokt.az elektron ünvanına göndərməkləri xahiş olunur.
Qeyd edək ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.