Marketinq üzrə mütəxəssis

Marketinq üzrə mütəxəssis

Prior Leasing
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Marketinq menecment

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    27 avqust 2020

  • Bitmə tarixi

    26 sentyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Marketinq mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

Prior Leasing” şirkəti 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkət ölkənin bütün regionlarında müştərilərinə rahat və operativ xidmət göstərmək məqsədilə, yeni filialların yaradılmasına və iş prosesində innovativ texnologiyaların istifadəsinə üstünlük verir.

Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” bugün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, tikinti texnikalarını həmçinin iri və xırda buynuzlu damazlıq heyvanlarını sərfəli lizinq şərtləri ilə təklif edir. “Prior Leasing” şirkəti “Dövlət Aqrar Kredit və İnkişaf Agentliyi”nin Müvəkkil Kredit Təşkilatı seçilərək öz müştərilərinə Agentliyin vəsaitləri hesabına güzəştli lizinq təklif etməyə nail olmuşdur.

Vəzifə: Marketinq Mütəxəssis

Əsas vəzifə öhdəlikləri:

- Bazarın tələblərinin öyrənilməsi, rəqiblərin məhsul və xidmətlərinin tədqiq olunaraq analitik araşdırmanın aparılması;
- Marketinq təbirlərinin təşkilində iştirak, bölgələrə ezamiyyə və bölgə filiallarında korporativ üslubun qorunmasına nəzarət
- Müəssisənin bazarda təqdim etdiyi bütün növ məhsul və xidmətlərinin reklam və PR fəaliyyətinin təşkilində iştirak;
- Müəssisənin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlamalı və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat təqdim etmək;
- TV, Radio və başqa kammunikasiya kanallarında reklam yerlşdirilməsinin kordinasiyası;
- Qoyulmuş hədəflər və görülmüş işlər üzrə mütamadi hesabatların hazırlayıb, təqdim etmək;
- SMM-in idarə olunması;
- Rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək;
- Daima yeni ideyalar təklif etmək.

Namizədə tələblər:

- Marketinq, jurnalistika və iqtisadiyyat yönümlü digər ali təhsil ixtisaslaşması vacibdir.
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
- Azərbaycan dili, İngilis dili -yüksək . Rus dili (orta)
- Səliqəli xarici görünüş, Kişi namizəd
- Regionlara ezamiyyətlərə getmək imkanı (şirkətin maşını ilə)
- Sürücülük vəsiqəsi

Maraqlanan namizədlər mövzu yerində “Marketinq üzrə mütəxəssis” yazmaqla öz CV-lərini hr@priorleasing.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox