“PAŞA Bank” ASC Hüquq Məsələləri şöbəsinin Məhkəmə İşləri istiqaməti üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.
- İddia ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin, icra qeydlərinin, vəsatətlərin hazırlanması;
- Bankın maraq və mənafelərinin məhkəmədə ən yaxşı şəkildə qorunması;
- Bankın mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının ən yaxşı şəkildə qorunması;
- İcra prosesində bankın təmsil olunması və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması;
- Dövlət orqanları və digər qurumlarla münasibətdə Bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı Bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
- Bankın məhsullarının hüquqi ekspertizası;
- Bankın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
- Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların cavablandırılması;
- Bankın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması;
- Bankın fəaliyyəti ilə əlaqədar yaranan hüquqi məsələlər üzrə Bankın əməkdaşlarlarının təlimatlandırılması;
- Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
- Əmək münasibətləri sahəsində Bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi.
Tələblər
- Hüquq ixtisası üzrə bakalavr dərəcəsi;
- Kiçik mütəxəssis üçün ən azı 1 il peşəkar hüquqşünas təcrübəsi;
- Komanda ilə işləmək və güclü ünsiyyət bacarıqları;
- Mükəmməl Azərbaycan dili biliyi, rus və ingilis dillərinin biliyi arzuolunandır;
- MS Office proqramlarının praktiki yüksək səviyyədə biliyi;
- Tədqiqat, araşdırma və analitik bacarıqlar;
- Planlaşdırma və təşkilatçılıq bacarıqları, tapşırıqların son icra tarixini ötürməməklə yerinə yetirmək bacarığı;
- Problemlərin əsas səbəbini təyin etmək üçün kritik düşüncə bacarığı;